İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsinə təhvil verilmə anının görüntüləri yayılıb.
Adalet.az xəbər verir ki, görüntülər İTV-nin instaqram hesabında paylaşılıb.
Belə ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.
Qeyd edək ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən digər balıqçı 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.
İtkin düşən balıqçılar qohum idi.
Digər Xəbərlər
19 Dekabr 2025 15:25
Rusiya müharibəsinə yollanan Ağdaş sakinindən bir ildir xəbər yoxdu – FOTOLAR
19 Dekabr 2025 12:02
"Zırpaket" satan daha bir şəxs saxlanıldı
19 Dekabr 2025 11:37
Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı
19 Dekabr 2025 11:20


Bakı -°C

