Şəlalə Camal: Ruhunla dinirsən, Qənbər müəllim
İTHAF
( CAVİD QURBANOVUN ATASI QƏNBƏR QURBANOVA)
İndi şəkillər də danışmır, susub,
Ruhunla dinirsən, Qənbər müəllim,
Kədər naləsini qəlblərdən asıb,
Qəlblərə dağ basdın, Qənbər müəllim.
Daha şəlalələr çağlayıb daşmır,
İndi bulaqların gözü ağlayır.
Kəlmələr ağzımda donub qalıbdı,
Qələmin tökülən sözü ağlayır.
Yasını de necə saxlayaq indi?
Yoxluğun çox pisdi, Qənbər müəllim.
Haqqında danışıb nələr deyərdim?
Nitqim də kəsildi, Qənbər müəllim.
Qəfildən getdiniz, de niyə belə?
Cənnətmi tələsik çağırdı sizi?
Əzəldən hər kəslə halallaşdınız,
Xəbərsiz gedişin çox üzdü bizi.
Üzünün nurunu torpağa tökdün,
Torpağını nura boyadan əmim,
Bağrımı de niyə bu boyda sökdün?
Ağrını içimdə oyadan əmim...
ŞƏLALƏ CAMAL
( AJB – nin üzvü)
Digər Xəbərlər
23 Mart 2026 15:28
İşıqlı və iynəli şeirlər müəllifi Seyran Səxavət haqında - Sona Vəliyeva yazır
23 Mart 2026 15:24
De,necə olacaq sonu Dünyanın?
21 Mart 2026 10:53
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
19 Mart 2026 10:52
Vətəndaş cəmiyyətinin məsuliyyəti və humanitar diplomatiya
19 Mart 2026 10:52
HƏYATIN SINAQLARI VƏ İNSANIN KAMİLLƏŞMƏSİ - Sevil Azadqızı yazır
19 Mart 2026 10:31
Əbülfət Mədətoğlu: Bu gün atamla ayrılığımın 8 ili tamam oldu...
19 Mart 2026 09:05
“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu
18 Mart 2026 18:23


Bakı -°C

