İtaliyada sürüşmə fəlakəti
İtaliyanın İskia adasında həftə sonu baş verən sürüşmədə 8 nəfər həyatını itirib, 4 nəfərin axtarışları davam edir.
Adalet.az xəbər verir ki, Ölənlərdən dördü uşaqdır. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib və yardım səyləri üçün 2 milyon avro ayırıb. Keçən şənbə günü səhər saat 05:00 radələrində Neapol şəhəri yaxınlığındakı İskia adasında güclü yağışlardan sonra böyük torpaq sürüşməsi baş verib.
Sürüşmə evlərin uçmasına, avtomobillərin dənizə sürüklənməsinə səbəb olub. Axtarış-xilasetmə qrupları, o cümlədən dalğıclar dənizə sürüklənən avtomobillərdə sıxışıb qalanların olub-olmadığını yoxlamaq üçün araşdırmalar aparır.
Torpaq sürüşməsindən zərər çəkmiş Casamicciola şəhərindən olan görüntülər dağıntının təsirlərini, palçıqlı dağıntılar və küçələrdə avtomobil qalıqlarını göstərir. Bildirilir ki, son 20 ilin ən güclü yağışı bölgəyə cümə gecəsindən şənbə səhərinə qədər düşüb.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

