İtaliyada "Hərbi şücaətə görə" gümüş medalı, SSRİ-də həbs alan naxçıvanlı PİOTTİ...
Böyük Vətən müharibəsində böyük şücayət göstərmiş partizanların adlarını indiki nəsildən soruşsaq çox güman ki, İtaliyada kəşfiyyat-təxribat qrupun rəhbəri , Sovet İttifaqı Qəhrəmanı Mixaylo “ ləqəbli Mehdi Hüseynzadənin və «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və ən yüksək fəxri adı — «Fransanın Milli Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuş Əhmədiyyə Cəbrayılovun adını deyəcək .
Amma tarix təsdiq edir ki, Azərbaycan hər zaman igidlər yurdu cəsurlar vətəni olub.
Adalet.az sizin çox da tanımadığınız, amma qəhrəmanlıq və cəsarətinə görə Xarqodan da, Mixaylodan da geri qalmayan “Piotto”dan söhbət açacaq.
Kimdir “Piotto”?
Yayğın məlumatlara görə, İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı. "Hərbi şücaətinə görə" gümüş medalı laureatı Əli Baba oğlu Babayev 1910-cu ildəNaxçıvanda doğulub. 1938-ci ildən Kommunist Partiyasının üzvü olan Əli 1940-cı ildə Sovet Ordusuna çağrılıb. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülüb . 1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə, İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçıb. 25 mart 1944-cü ildən İtaliyan partizanlarına qoşulub, Pyetto (Piotto) ləqəbi ilə tanınıb. Sovet Ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaratmış və komandiri olub. (Çapayev batalyonunda Əli Babayevdən başqa Şəmkir rayonundan olan “Mixail-Moska” ləqəbli Oruc Əliyev adlı azərbaycanlı da xidmət edib).
(Əli Babayevlə birlikdə vuruşmuş azərbaycanlı partizan. Adı Mixail, ləqəbi isə Moskva olub. Fotolar İlham Abbasova məxsusdur)
Əli Babayev İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatında fəal iştirak edib, Harribaldi adına batalyonun komandiri olub, döyüşlərdəki igidliyinə görə İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalı ilə təltif olunub. Həmyerlimiz türk düşməni Stalindən də “mükafatını” alıb . Beləki, 1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edilib və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən vətən xaini ittihamı ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum edildi. Nə yaxşı ki, mənfur Stalin 1953-cü ildə gəbərdi və Əli ölümündən sonra əfv edildi. Qüdrət və Baba adlı 2 övladı yadigar qaldı.
Azərbaycanlı sosioloq və tədqiqatçı İlham Abbasovun araşdırmalarına görə, “Piotto” və “Mixail-Moska” İtaliya Müqavimətinin ən səs-küylü əməliyyatlarından biri olan Udine şəhərində həbsxanaya hücumda iştirak ediblər:” Partizanların bir itki belə vermədikləri bu hücum nəticəsində 73 nəfər həbsxanadan azad edilmişdi. Hücumun sivri ucunda olan Əli Babayev göstərdiyi rəşadətə görə Haribaldi diviziyalarının komandanlığı tərəfindən müfakata təqdimat alıb. (Haribaldi İtaliyanın milli qəhrəmanı hesab olunur və bu mükafat İtaliyada ən ali mükafat hesab olunurdu).Lakin, təəssüf ki, gümüş medalı ona təqdim etmək mümkün olmayıb”.
P.S. Biz ancaq gözümüzü açandan Qarabağ problemini görmüşük və ən çox burada məhv edilmiş igidlərimizdən danışırıq. Amma mənfur Rusiya 944-cü ildən bu günə kimi Azərbaycan oğullarının qırğınını birbaşa və yaxud dolayısı ilə davam etdirir...
Əntiqə Rəşid
.
Digər Xəbərlər
04 Noyabr 2025 16:53
“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı
04 Noyabr 2025 16:47
Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqinə dair Saziş təsdiqlənib
04 Noyabr 2025 13:40
Xankəndidə küçələrdən birinə Ənvər Paşanın adı verildi
04 Noyabr 2025 13:01
Leyla Əliyeva Avropa-Azərbaycan məktəbində - VİDEO
04 Noyabr 2025 12:59
"Gələn il həll olunacaq" - “AzTV”dən 26 milyonluq uyğunsuzluqla bağlı açıqlama
04 Noyabr 2025 11:45
"Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq" - Sahil Babayev
04 Noyabr 2025 11:41
“AzTV”də 26 milyonluq uyğunsuzluq aşkarlanıb
04 Noyabr 2025 11:30


Bakı -°C



