adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2018 13:18
37014
ƏDƏBİYYAT

İt obrazları - Ayxan Ayvaz yazır...

Ədəbiyyatda itlərin sədaqətindən,dostluğundan bəhs edən, onları sevgi ilə təsvir edən əsərlər var.

İnsanlarla itlərin dostluğu, onu bütünpisliklərdən qorumaq cəhdləri…

Ölən itinin acısını çəkmək. Tənha,kimsəsi olmayan adamların sığınacağı bir limandır itlər. Onlar insanlardan uzaqdüşüblər və sevgini itlərdə tapıblar. Bəzən itlərdən pis işlər üçün istifadəolunur, bəzən də itlərin özü təhlükə mənbəyinə çevrilir...

Ağlımda qalan it obrazlarını sizlər üçün bir yerə topladım. Bərabər oxuyaq:

Homer – "Odisseya”

Möhtəşəm bir əsər. "İlliada”nın davamı.Bu hissədə Axey qəhrəmanlarından biri olan Odisseyin evə qayıdışı və bu zamanbaşına gələn macəralardan söhbət açılır. Odisseyanı bu səyahətdə tək başınaqoymayan sevimli iti Arqos da yaddaşlarda qalan obrazdır.

Fyodor Dostoyevski – "Alçaldılmış vətəhqir edilmişlər”

Böyük yazıçının ilk əsərlərindən. Romanəsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. Bir gün o küçədə bir qocavə it görür. Bundan sonra başına qəribə hadisələr gələcəyini güman edir.Qocanın yanından ayrılmayan it onun ən sadiq dostudur. Dərdli bir qocadır.Günlərin bir günü ölür, it tənha qalır. Əsər bu hadisədən sonra başqa birmüstəviyə keçir.

Orxan Pamuk – "Mənim adım qırmızı”

Məşhur türk yazıçısı, Nobel mükafatılaureatı Orhan Pamukun bu romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbuldabaş verən sənət, eşq, qətl hadisələrini təsvir edir. Hər bölmə bir obrazın diliilə nəql edilir. Əsərin bir hissəsi də itin dilindən nağıl olunur.

Frans Kafka – "Bir itin axtarışı”

Kafkanın elə də məşhur əsəri deyil.İnsanların təsiri altında qalan, bu səbəbdən öz ətrafına yadlaşan bir itingözündən təsvir edilən əsərdir. Kafka XXI əsrin insanını bir itin gözlərindətəqdim edir.

Cek London – "Əcdadların harayı”

Əsər bir itin həyatından bəhs edir.Alyaskada qızıl əldə etmək üçün güclü əzələli itlərə ehtiyacı olduğundan Bakadlı gözəl bir iti oğurlayırlar. Bak birdən-birə vəhşi təbiətin ortasındaqalır. Əcdadların harayı Bakı canavarlara tərəf səsləyir, ancaq yanında canınıtapşıran sahibi də var. Bak bu dilemma arasında qalır.

"Ağ diş”

Povest yarı canavar balası olan itinbaşına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini,onun hər bir hissiyyatını ustalıqla qələmə alıb. Ağ diş öncə acınacaqlı həyatsürür, ancaq əsərin sonuna yaxın xoşbəxt həyata qovuşur.

Artur Konan Doyl – "Baskevillərin iti”

Çox maraqla oxunan detektiv roman.Detektiv Şerlok Holmsun macəralarından biri. Şerlok Holms və doktor Vatson budəfə Baskevillər ailəsinə bəla olan itlərlə mübarizə aparırlar.

Mixail Bulqakov – "İt ürəyi”

Əsərdə avara bir it üzərində cərrahiyyəəməliyyatı aparılıb onun insana çevrilməsi və bu "insanın” yaramaz, pozğun,mənəviyyatsız bir məxluqa dönməsi təsvir olunur.

Anton Çexov – "Kaştan”

Öz sahibi bir gün onu başqa birinəverir. İt əvvəl bunu anlamır, sonra isə başa düşür və ağlayır. Onu tanımadığıbir adamın təpiyi özünə gətirir...

"İt gəzdirən xanım”

Kurort yerlərinin birində gözəl birxanım hər gün sahilboyu yanıdakı sevimli iti ilə gəzinir. Günlərin birindəkurortda istirahət edən şorgoz Qurov qadını öz toruna salır. Anna ərli qadındı,ancaq tənhadır. Onun tənhalığını dolduran da itdir. Daha sonra bu tənhalığaQurov da qonaq olacaq...

İvan Turgenev – "Mumu”

Kədərli bir hekayə. Gerasimov adlıeşitmə qabiliyyəti olmayan qulluqçu. Onun bir iti var, adı Mumu. İnsanlardanuzaq düşüb Mumuya sığınır Gerasimov. Bir gün ağası Mumunu öldürməyi tapşırır.Gerasimov böyük bir ağrı ilə iti ilə əbədiyyən vidalaşır.

Pol Oster – "Timbuktu”

Sərxoş, yarı dəli Villi ilə Sümük bəydeyə çağrılan itin başından keçənlər. Maraqlı, dinamik bir əsər.

Leonid Andreyev – "Dişləyən”

Kədərli bir hekayə. Küçə itinin həyatı.Bu it heç vaxt ev görməyib. İsti bir qucağa daim möhtacdır.

Əziz Nesin – "Tarzan”

Boz rəngdə bir qoca məhəllə iti.Məhəllədə çoxdan yaşayanlar da, təzə köçənlər də Tarzan adlı bu sevimli itigörüblər. Bu məhəllə Tarzanın vətəninə çevrilib.

Elçin – "Dolça”

İki ailə qarşı-qarşıya: Ağababanınailəsi ilə Bəşirin ailəsi. Ağababanın ailəsi nümunəvidir. Bəşirin ailəsininəməlləri, münasibət və davranışları Ağababanın ailə üzvlərində ikrah hissidoğurur. Ağababa ilə dostluq edən Toplan (Dolça) iki mühit arasındakıziddiyyətin yeganə qurbanıdır.

Əkrəm Əylisli – "May günü”

Həbsdən qayıdan adamın yeganə dostuitidir. Onu ac-susuz buraxıblar. İllər itə acımasız olub. Adam da, it də ağırgünlər yaşayıb. İtin adı da qəhrəmanın zəhləsi getdiyi adamın adıdır.

Mövlud Süleymanlı – "İt dərsi”

İtləri döyüşdürən bir dəstə insan. Hərkəs indi hansısa itin parçalandığına şahid olacaq. Amma... İtlər birdən bir-birindənaralanırlar. Sanki barışıq elan edirlər. İtlər insanlara o gün əməlli-başlıdərs verir.

Seyran Səxavət – "İt intervüsü”

Jurnalist redaktora özünü tərifləyərək"Mən itin də dilini bilirəm” deyir. Redaktor isə onu itlə müsahibəyə göndərir.Jurnalist də iti əməlli-başlı danışdırır. Təbii ki, əsərdə it alleqorik obrazkimi təqdim olunur.