adalet.az header logo
  • Bakı 11°C
28 Mart 2023 13:08
857
İDMAN

Erməni bayrağı, "Artsax əskisi" və plankart stadiona necə keçirilib?

Futbol üzrə Avro-2024-ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda növbəti erməni təxribatı baş verib.

Adalet.az
xəbər verir ki, İsveçdəki erməni gənclər İsveç-Azərbaycan görüşü zamanı Artsax bayraqları və pankartları ilə Azərbaycana etiraz ediblər.
Erməni mediası həmin təxribar haqqında sanki böyük qəhrəmanlığa imza atmış kimi yazıb. Ermənistan parlamentinin sabiq deputatı Arman Abovyan facebook hesabında belə bir paylaşım edib:” İsveç-Azərbaycan futbol matçı zamanı stadionda Artsax və Ermənistanın bayraqları peyda olub, həmçinin çox böyük plakatda Azərbaycanın Artsaxın blokadadan çıxarılması tələbi yazılıb”.
Məlumata görə, stadionda yalnız yerli ölkə və Azərbaycan bayraqları olmalı idi. Stokholmdakı “Friends Arena”da separatçı qruplaşmaların bayrağının qaldırılma təxribatının qarşısı İsveç polisi tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.

Qeyd edək ki, ermənilərin seçmə mərhələ oyununda törətmək istədikləri  təxribat  haqqında
İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev də məlumatlı olub. Hətta oyundan əvvəl  AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla mümkün təxribatla bağlı bütün qabaqlayıcı addımların atıldığını vurğulamışdı:“Bu söhbətlər ilk dəfə ortaya çıxmağa başlayanda UEFA-ya məlumat verilib. Azərbaycanın İsveçdəki səfirliyi ilə daimi təmaslarımız olur. Səfirin özü də bizimlə görüşüb. AFFA məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarını da məlumatlandırıb”.

 P.S. Buna baxmayaraq stadionda ermənilər istədiklərini etməyə imkan tapıblar. Ya bizim diaspor  həddindən artıq zəifdir, ya da erməni diaspor və lobbi təşkilatları həddindən artıq  həm pulludur, həm də çevik! Kaş ki, xaricdə bizi təmsil edən təşkilatlarımız  erməniləri  bir dəfə kədərləndirə biləydi.

 Əntiqə Rəşid