İstixana sahibi 800 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat ximətindən Adalet.az-a verilən xəbərə görə, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosferhavasına qara tüstünün atıldığı məlum olub.
Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manat məbləğində cərimə olunub. Belə hallara yol verilməməsi üçün istixanaya icrası məcburi olan "məcburi göstəriş” verilib.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02