İsti havada dönər, burger yeyənlərin DİQQƏTİNƏ!
Həkimlər istidə fəst-fudun təhlükələri barədə xəbərdarlıq ediblər.
Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq, diyetoloq Daria Xaykina xəbərdarlıq edib.
“Əcdadlarımız həmişə yayda yüngül, rahat qidalar yeyirdilər, əsas da mövsümi tərəvəzlərdən atlama, doğramac, təzə kartof, badımcan. Onlar təzə tərəvəzlərdən, göyərtilərdən, giləmeyvələrdən, süd məhsullarından, çovdar və ya arpa unundan hazırlanan sıyıq və xörəklər hazırlayardılar.
İsti havada yağlı yeməklər çox pis birləşmədir. Çünki yayda həzm sistemi fərqli işləyir: mədəyə qan axını azalır (qan bədəni sərinləmək üçün dəriyə "yönəldilir), bu da ağır qidaların yavaş həzm olunması deməkdir. Nəticədə ağırlıq, şişkinlik və yuxululuğa səbəb olur.
Duz və şəkər isə susuzluğu artırır. Fəst-fud çoxlu duz, şəkər və digər dadlandırıcılar var. İstidə susuzluğa, təzyiqin qalxmasına və ödemə səbəb olur.
Digər tərəfdən yağlı qidaların həzm edilməsi özlüyündə daxili istiliyini artırır. İstiliklə birlikdə bu, ürək və qan damarlarına əlavə bir yükdür. Nəzərə alın ki, susuzluq iştaha ilə maskalanır. İstidə iştah azalır, lakin yüngül susuzluq hiss etsəniz, acırmış kimi düşünəcəksiz. Çox vaxt bu vəziyyətdə insan fəst-fuda əlini uzadır.
Buna görə də, xüsusilə istidə, acanda bir stəkan su için”, - diyetoloq qeyd edib.
Digər Xəbərlər
14 Aprel 2026 16:14
Bakıda bu özəl klinikanın fəaliyyəti dayandırıldı
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57


Bakı -°C

