adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Fevral 2018 16:33
61930
MÜSAHİBƏ

İstedadı olmayanlar qədər zəhlətökən adamlar yoxdu...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı Təranə Vahiddir.

̶ Xəlil Cibranın belə bir fikri var: "İçimizdə söz dalğasıqalxanda da dərinliklərimiz sükut içində olur...” Söz adamının sükut içində sözdalğası necə görünür?

̶ Müsahibələriminbirində demişəm, "Dünya tanrıları”, "İnsanoğlu İsa”, "Asi ruhlar”,"Peyğəmbər” romanlarını yazan, üstəlik, aforizmləri ilə dünya ədəbiyyatınıişıqlandıran Xəlil Cibranla sanki ruh qohumluğum var. Onun yaradıcılığını çoxsevirəm. Adətən təbiətdə tufanlar, fırtınalar sükutdan sonra baş verir. Ancaqyaradıcı insanlarda bu fərqlidi. Söz adamınıniçindəki fırtınalar sükutdan əvvəl baş verir. Sükuta təslim olmaqyazmaqdı. Yazar üçün sükut həm də daxili çarpışma, daxili monoloqdu.

̶ Əzbərlənmiş, artıqyorucu olan ədəbi imzalar hər gün qarşımıza çıxır. Qəzetdə, saytda,televiziyada... Belə bir deyim də var: "İstedadlı adamlara dəstək olun,istedadsızlar onsuz da özlərinə bir yol tapacaqlar...” Buna münasibətiniznecədi?

̶ Əslində,ədəbiyyatın sərhədləri o qədər genişdir ki, heç kim heç kimə mane olmur. Kim nəistəyir yazsın, necə istəyir yazsın, əsas odur ki, çalışıbözünü ifadə eləsin. Mənim fikrimcə, ədəbiyyat ruhdan qopanhissəciklərdi, yaşantılardı. Ruhdan qopur, amma sən onu necə cilalayacaqsan,hansı formada təqdim edəcəksən, bax bu yaradıcılıqdı. Hər gün gözə görünənimzaları və ya gözə görünmək üçün dəridən-qabıqdan çıxan imzalara baxıb sadəcəgülümsəyirəm. Populyar olmaq istəyirlər, olsunlar. Mənim heç vaxt belə biristəyim olmayıb. Populyarlıq bir anlıqdır, gəlir və gedir.

̶ Sanki bu bir növ reklamdı. Kimin ətrafında daha çox dostuvarsa, onun "istedad”ından ağız dolusu danışır. Ədəbi qruplaşma demək olarmıbuna?

̶ Ədəbiyyatdaqruplaşmalar həmişə olub. Bu gün də belədi, sabah da elə olacaq. Sosialşəbəkələrdə kiminsə yazısının altından "möhtəşəm”, "dahiyanə” yazmaqlakimsə dahi olmur, qardaşım. Həvəs keçicihissdi. Ədəbiyyat tək karyeralı sənətdi,gec-tez hər kəsin içində eqosu baş qaldırır və qruplar dağılıb yerlə yeksanolur. Onu da deyim ki, özünü istedadlı hesab edən, amma istedadı olmayanlarqədər zəhlətökən adamlar yoxdu. Nə yazıq ki, belələrinin sayı çoxdu.

̶ Kitab təbliğatı necə qurulmalıdır ki, kitab satışındanmüəlliflər qazana bilsinlər? Hər hansı bir mexanizm mövcuddurmu?

̶ Bu sahənin mütəxəssisləri illərdi busuala cavab axtarırlar. Mən də hansısa mexanizmdən danışa bilməyəcəm. Amma özfikirlərimi deyə bilərəm. Əvvəlcə bütün cəmiyyətdə kitaba qayıdış olmalıdır.Qayıdış üçün kitaba sevgi yaranmalıdır. Televiziyalarda saatlarla vaxt alanqiybət verilişlərinin yerinə 2-3 dəqiqəlik reklam çarxları hazırlanmalıdır.Kitab bazarında sağlam rəqabət olmalıdı. Nəşriyyatlar kitab evləri vəmüəlliflərlə birgə işləməlidi. Bu yaxınlardametroda "Metroda oxu” layihəsini gördüm. Xalq yazıçısı Anarın "Təhminə və Zaur”kitabı yüksək zövqlə təqdim olunub. Gün ərzində on minlərlə insanın gözü bukitaba sataşır. Əla bir təbliğatdı. Belə layihələr davamlı olmalıdır. Kitabtəbliğ olunmalıdır.

̶ Unutmaq,bağışlamaq, tərk etmək... Bu sözlər arasında bir ortaq məxrəcə gəlməkmümkündürmü?

̶ Mümkündü.Ən çətini unutmaq, ən mümkünü bağışlamaq, ən asanı tərk etməkdir. Bu sözlərinortaq məxrəci sevməkdi.

̶ "Mən toz dənəsiyəm” hekayəsi IV Beynəlxalq Mahmud Kaşğarihekayə müsabiqəsinin ölkə (Azərbaycan) üzrə birinci, Türk dünyasında 4-cüyerə layiq görüldü. Bu hekayənin yazılmatarixi və səbəbi haqqında nə deyə bilərsiniz?

̶ Qəribə adətim var, ürəyim istəyən yazınıyazanda belə heç vaxt çapına tələsmirəm.Yalan olmasın, bu hekayə bir müddət əlyazma şəklində hekayələriminarasında dolaşdı. Oxuyurdum, baxırdım və bir kənara qoyurdum. Həqiqətideyəcəm, əsərlərin qəbul müddətinin sonuncu günü hekayəmi müsabiqəyə apardım.Hava çox isti idi, üstəlik, həmin ünvanı da çox çətinliklə tapdım. Aradaistədim ki, hekayəni vermədən geri dönüm. Yoluma nağıllardakı kimi nurani birqoca çıxıb axtardığım ünvanı uzaqdan mənə göstərdi. Hansı səbəbdən yazdığımıdeyə bilməyəcəm. Yazdıqlarımı heç vaxt əvvəldən planlaşdırmıram, süjet xətticızmıram, hansı mövzuda yazacağım belə yazının əvvəlindən sonuna qədərsirri-xuda olur. Əksər hekayələrimibirnəfəsə yazmışam. Bu yaxşıdı, pisdi, deyə bilmərəm, amma mənim yazı üsulumbelədi. VladimirNabokov yazı prosesi barədə belə deyirdi: "Romanlarımın ideyası gözlənilmədəndoğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqəaxmağa...”. Özümü Nabokovla müqayisəeləmirəm ha, həddimizi bilirik... (gülür).Bu hekayə mənə uğur gətirdi.Avrasiya Yazarlar Birliyi 2016-cı ilin dekabrında məni Almatıya ̶Kaşğari mükafatının təqdimatına dəvət eləsə də, təəssüf ki, gedəbilmədim. Ötən il 12-14 sentyabrtarixində Avrasiya Yazarlar Birliyi Qazaxıstanın Türküstan şəhərində "VIII Türk dünyası ədəbiyyatdərgiləri konqresi” keçirirdi. O konqresdə "Ulduz” jurnalını təmsiledirdim. Bu mükafatı təkrar otorpaqda ̶ Türk dünyasınınhikmət xəzinəsi sayılan Xoca Əhməd Yəsəvinin vətənində ̶ Türküstanda mənə təqdim edəndə qəribəduyğular yaşadım.

̶ Müsahibələrinizinbirində qeyd etmisiniz ki, ümidsiz anlarımda söz məni xilas edir. Sözün həyatınızda rolu bu qədərmi böyükdür?

̶ Mənimdünyam sözdən ibarətdi. Bu dünyada hər sözün öz rəngi, öz ətri, öz çəkisi, özyeri var. "Avesta”ya görə "hər şeydə ruh var”. Sözün dəruhu var. Bir sözə sığınıb illərlə yaşamaq olar, bir sözə güvənib dünyanın obaşına getmək olar, bir sözlə intiharıseçən adamı saxlamaq olar. Sözü sevmək, əslində, ədəbiyyatı sevməkdi.

̶ Həmişə oxumaqistədiyiniz və axtardığınız əbədi mövzular...

̶ Ədəbiyyatınüç əbədi mövzusu var: məhəbbət, ölüm və pul ̶ bu sözləri Qorki deyirdi. Bütün əsərlər bumövzulardan qaynaqlanır. Hansı mövzu olursa-olsun, əsas odur ki, istedadlayazılsın, ruhu qidalandırsın,heyrətləndirsin, düşündürsün.

̶ Yazmaq istədiyiniz,amma hələ yaza bilmədikləriniz haqqında nə deyə bilərsiniz?

̶ Yazmaqistədiyim o qədər mövzular var ki… Hərdən düşünürəm ki, dünyada eynənbir-birini təkrar edən iki yarpaq yoxdusa, eynən bir-birini təkrarlayan yazı dayoxdu. Heç kim sənin yazmaq istədiyini yaza bilməyəcək, sən də eynən başqasınınyazdığını onun istədiyi kimi tamamlaya bilməyəcəksən. Özümə və başqalarınatövsiyəm: yazmaq, həm də çox yazmaq lazımdı. Kimsə səni oxuyacaq, yaoxumayacaq, bunu düşünmədən ürəyinin səsinə qulaq asıb yazmalısan.

̶ Müasir dövrAzərbaycan ədəbiyyatında kimləri oxuyursunuz?

̶ Dədə Qorquddan bugünəcən ədəbiyyatımız adınanə yazılıbsa, hamısını oxumağa çalışıram. İstər klassika olsun, istərsə dəmüasir əsərlər. Öz ədəbiyyatımızısevirəm. Çünki bu ədəbiyyat bizim ruhumuzun daşıyıcısıdır. Hər kəsədəbiyyat dünyamızın bir kərpicini daşıyır, hər kəs bacardığını yazır. Oxuduğumkitablar çoxdu. Elə kitablar var ki, bu gün oxuyuram, sabah unuduram.Unuduramsa, demək, o kitablar yaddaşımda iz salmayıb, ruhuma toxunmayıb. Sonillər ədəbiyyatımızda Xalq yazıçısı Anarın Nazim Hikmətin həyat vəyaradıcılığından bəhs edən "Kərəmkimi…” romanı, Əli Əmirlinin "Ağdamdanəyim qaldı?” avtobioqrafik romanı,Nəriman Əbdürrəhmanlının "Qurban” roman-xronikası, Aydın Talıbzadənin"Əbuhübb” romanı mənə görə son illərin ən uğurlu əsərlərindəndir. Çox güman ki, başqa uğurlu əsərlər də var,ancaq mən oxuduğum əsərlərdən danışdım. Gənclərimiz arasında da istedadlıyazarlar var. Və düşünürəm ki, ədəbiyyatmız yeni bir mərhələdə, yeni birərəfədədir.

̶ Dünyaədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...

̶ Migel de Servantesin "Don Kixot”, Viktor Hüqonun "Büq-Jarqal”,Taqorun bütün yaradıcılığı, Lev Tolstoyun "Hacı Murad”, Dostoyevskinin"Karamazov qardaşları”,Çexovun hekayələri, Antuande Sent-Ekzüperinin "BalacaŞahzadə”, Markesin və Folknerinəsərləri. Bu siyahını çox uzada bilərəm. Miniatür yapon ədəbiyyatını və təbii ki,Xəlil Cibranın əsərlərini yaddan çıxarmamaqla…

̶ "Üç balığın nağılı”hekayəsində belə bir məqam var: "Biri vardı, biri yoxdu. Gecə-gündüz heyvanhaqlarından danışan bir ailədə üç talesiz balıq yaşayırdı... Nağılınızınsonunda yazırsınız: "Göydən üç tilov düşdü. Tilovların ucunda üç ümidçırpınırdı...” Formal olaraq hansısa haqlardan danışanlar çoxdu, deyəsən...

̶ Birməsəl var, "Başını yarıb, ətəyinə qoztökmək”. Dünyanın lider dövlətləri gecələr şəhərləri bombaladıb səhəri günviran qoyduqları yerə humanitar yardım göndərirlər. Suriya, Əfqanıstan,Fələstin, İraq... İnsan haqlarından danışıb insan haqlarını pozanlar, heyvanhaqlarından danışıb heyvanları ovlayanlar... "Üç balığın nağılı” belə yarandı.Nə yazıq ki, üç balıq balasının taleyi dəyişməyəcək, insan haqlarındandanışanlar sonda balıqları qızardıb yeyəcək.

̶ Ədəbi mükafatlaramünasibətiniz...

̶ Bütünaxtarışlar, tapıntılar, cəhdlər gec-tez ya Allah, ya da bəndələr tərəfindənqiymətləndirilir. Mükafatın başqa adı stimuldu. Yaradıcı adamların bunaehtiyacı var. Haqqı çatanlara nəsib olsun.

̶ Son olaraq "söz” haqqında sözünüz...

̶ Sözümüzkəsərdən düşməsin, sözümüz utanmasın, sözümüz bitməsin...


Söhbətləşdi:Tural Cəfərli