İstanbul-Nyu-York reysində turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb
"Turkish Airlines" aviaşirkətinə məxsus İstanbul-Nyu-York reysini həyata keçirən təyyarədə güclü turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb.
Adalet.az-ın "NBC" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 326 sərnişin və 21 heyət üzvü olub. Təyyarə Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanına yaxınlaşarkən güclü silkələnmə başalyıb.
Nyu-Yorkun yanğından mühafizə xidmətinin nümayəndəsi Maykl Parrella bildirib ki, xəsarət alanlara hava limanında tibbi yardım göstərilib.