adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyul 2015 13:48
4433
ƏDƏBİYYAT

İstanbul Kitab Festivalının fəxri qonağı açıqlandı

Bu ilin 7-15 noyabr tarixlərindəİstanbulda keçiriləcək Kitab Festivalının fəxri qonağı Rumıniya olacaq. Adalet.az Türkiyə mətbuatınaistinadən xəbər verir ki, TÜYAP (Tüm Fuarcılık Yapım) və Türkiyə Yayınçılar Birliyinin birgə həyata keçirdiyisərgi-festivalın ilk 4 günündə Rumıniya ədəbiyyatı və mədəniyyəti təmsilolunacaq. Burada Rumıniya ədibləri və nəşriyyat rəhbərləri ilə görüşlər keçiriləcək,müzakirələr aparılacaq, eləcə də şeirlər, musiqilər dinləniləcək. Eyni zamanda, rumın yazarlar, oxucularla görüşüb imza günü keçirəcəklər. Fəxri qonaqlararasında Nöbel mükafatlı Mircea Carterescu və Matei Visniec kimi ədiblər dəolacaq.

Bundan başqa, bu il 100 illiyi qeyd olunan tanınmış yazar Əziz Nesinləbağlı müxtəlif tədbirlər də keçiriləcək.

Builki festivalın fəxri rəssamı Tan Oral, şüarı isə "Həyata gülümsəyərəkbaxın” olacaq.