İstanbul danışıqların başlanmasına hazırdır -Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
149 | 2025-05-14 11:25

Türkiyə,  Rusiya-Ukrayna arasında 30 günlük atəşin dayandırılmasıyla bağlı danışıqıarın başlanması üçün təhlükəsiz şərait yaradıldığını bəyan edib.

 Gözlənildiyi kimi, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu danışıqların aparılması üçün nümayəndə heyyəti göndərəcək. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı nümayəndə heyyətinin mayın 15-də İstanbula yola düşməsi ilə bağlı göstəriş verib. 

 "Bizim nümayəndə heyyəti orda olacaq və Ukrayna nümayəndə heyyətini gözləyəcək"-deyə Peskov bildirib.

 Dünyanın diqqət mərkəzində olan İstanbul danışıqları arzulanan müsbət nəticəni verməyə bilər. Danışıqların ən yüksək səviyyədə- prezidentlər, Vladimir Putin və Volodimir Zelenski arasında baş tutacağını gözləyənlər, məyus olmağa başlayıblar. Hətta ABŞ prezidenti Donald Tramp da, bu danışıqlarda iştirak etmək üçün İstanbula gəlməyi planlaşdırmışdı. Lakin, hazırda ərəb ölkələrində səfərdə olan Ağ Evin rəhbəri İstanbula gəlməyəcəyini, Birləşmiş Ştatları 
bu danışıqlarda Dövlət katibi Marko Pubionun təmsil edəcəyini bəyan edib. 

 Görüş başlamamış Rusiya tərəfi müxtəlif bəhanələrlə danışıqların əhəmiyyətini aşağılamağa başlayıblar. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Ukrayna nümayəndə heyyətinin mayın 15-də İstanbulda keçiriləcək danışıqlara hazır olmalarına şübhə etdiyini bildirib. Nazir müavini indidən uzunmüddətli sülh yaranmasına, Ukrayna tərəfinin tutduğu mövqenin mane olacağını bəyan edib.

 Vladimir Putin "tərəflərin heç bir şərt qoymadan danışıqlara başlamaq" təklifinə baxmayaraq, Ryabkov  "mütləq hazırki siyasi-coğrafi reallıq nəzərə alınmalıdır" kimi şərtlər irəli sürür. Yəni XİN müavini  demək istəyir ki, Ukrayna işğal olunmuş ərazilərin itirilməsiylə  de-yure razılaşmalıdır.

 

 

TƏQVİM / ARXİV