adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Oktyabr 2018 14:32
10337
SİYASƏT

İSRAİL-RUSİYA SOYUQ MÜHARİBƏ DAVAM EDİR

Suriyahava məkanında içərisində 15 rus hərbçisiolan Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin vurulmasından üç həftə vaxt ötür . Bu təyyarənin vurulmasında Kreml İsrailinhərbi hava qüvvələrini günahlandırır. Ona görə də Suriyanın hava məkanının dahada effektli qorunması üçün bu ölkəyə S-300 zenit raket kompleksləri göndərilib.

Ammaİsrail ABŞ-ın da dəstəyi ilə regionda «sərbəst hərəkət etmək» istəklərindən əl çəkməkistəmir. Ona görə də ABŞ-dan beşinci nəsil ən yeni F-35 qırıcı təyyarələri almaqdadavam edir. Artıq məhz İsrail üçün hazırlanmış12 ədəd F-35 İ qırıcı təyyarələri bu ölkəyə gətirilib. İlin axırına kimi daha üçtəyyarənin gətiriləcəyi gözlənilir. İsrailtərəfi düşünür ki, yeni nəsil qırıcılar «gözəgörünməz» olduğu üçün S-300 kompleksləritərəfindən müəyyən edilə bilməz.

Rusiyahərbi ekspertlərindən sayılan Yuri Lyaminbildirir ki, «əvvəla, S-300 zenit raketləri F-35 qırıcıları ilə hər hansı bir döyüşdəqarşılaşmayıb. Ona görə də kimsə real bir fikir söyləyə bilməz. İkincisi, S-300kmpleksləri onların düşündükləri kimi yerindəsaymır, getdikcə tələblərə uyğun olaraq modernləşdirilirvə hazırda Rusiya hava hücumundan müdafiə sistemində əsas yerlərdən birini tutur.Üçüncüsü isə, S-300 kompleksləri təklikdə döyüşə atılmır. Ən müasir tələblərə cavab verən insanların idarə etdiklərihava hücumundan müdafiə sistemləri ilə birgə çalışır». «Təbii ki, Suriyaya göndərilən 4 ədəd S-300 zenit-raket kompleksləriyalnız Suriya səmasının müəyyən bir hissəsinə nəzarət edəcək. İsrailin bu maneənikeçmək imkanları o qədər də azalmır. Amma İsrail pilotlarının itkilər vermək riskidə unudulmamalıdır»- deyə Lyamin qeyd edib.

RusiyaHHM muzeyinin direktoru Yuri Knutov isə bildirir ki, «S-300 kompleksləri 1978-ciildən Müdafiə Nazirliyinin sərəncamına verilib. Təbii ki, bu müddət ərzində həmABŞ, həm də İsrail tərəfindən bu sistemlərin iş prinsipləri araşdırılması nəzərəalınaraq onların modifikasiyasında da lazımi dəyişikliklər aparılıb və hazırki komplekslərəvvəlkilərdən çox fərqlənir. Biz prinsipcəyeni texnikadan bəhs edirik».

Knutovunfikrincə, «Pentaqon boş yerə F-35-ləri əlavə sınaqlardan keçirilməsi barədə qərar qəbuletməyib. Çünki onlar özlər də öz dediklərinəinanmırlar».

Çoxlarıdüşünür ki, Suriyanın hava məkanının qorunması suriyalı hərbçilərin S-300 komplekslərininidarə edilməsi hazırlıqlarından da asılıolacaq. Lakin unudurlar ki, hazırda Suriyanınhava məkanı məhz Rusiyanın hərbi mütəxəssisləri tərəfindən mühafizə olunur.

Bütündeyilənlərə baxmayaraq, İsrail hökuməti Suriyaya S-300 raketlərinin göndərilməsindən narahatlıqlarını gizlətmirlər. İndi bu ölkədəonları narahat edən bazaları bombalamaq üçün yeni variantlar axtarmalıdırlar. O vaxta qədər isə İsrailin HHQ-iSuriyanın hava məkanından kənarda əməliyyatlar keçirmək məcburiyyətindədirlər.

Rüstəm HACIYEV