İsrail Qüds Briqadalarının komandirini öldürdü
Əl-Qüds Briqadalarının (İslam Cihadının hərbi qanadı) komandiri, Əbu İbrahim kimi də tanınan Sami əl-Dahduh Qəzza şəhərinin cənub-qərbindəki Tal əl-Hava ərazisindəki hədəfə endirilən hava hücumunda öldürülüb.
Adalet.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İslam Cihadı onun ölümünü təsdiqləyib.
Sami əl-Dahduh 56 yaşında olub. O, Əl-Qüds Briqadalarının irsi lideri idi. Medianın məlumatına görə, bu təşkilata əvvəllər onun qardaşları rəhbərlik edirdi: Xalid əl-Dahduh 2006-cı ilin martında, Mahmud əl-Dahduh isə 2006-cı ilin may ayında öldürülüb. İslam Cihadının rəhbərliyinin üzvü olan digər bir qardaş da təxminən eyni vaxtda öldürülüb.
İsrail ordusu hələlik hava hücumu ilə bağlı şərh verməyib.
Digər Xəbərlər
15 Fevral 2026 20:00
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürülüb
15 Fevral 2026 19:51
ABŞ Qrenlandiyanı ələ keçirir? - Rubiodan açıqlama
15 Fevral 2026 18:24
Maduronun oğurlanması ABŞ-yə bu məbləğə başa gəlib
15 Fevral 2026 17:33
Ukarynada keçmiş nazir ölkədən qaçmağa çalışarkən saxlanıldı
15 Fevral 2026 14:12
Nazir müavini: İran sanksiyaların ləğvi şərti ilə kompromisə hazırdır
15 Fevral 2026 14:07
Kallas Avropanın Rusiya ilə dialoq şərtini açıqladı
15 Fevral 2026 13:50
Almaniyada naməlum şəxslər bankı qarət etdilər
15 Fevral 2026 13:47


Bakı -°C

