İsrail qırıcıları Suriyanı bombaladı
İsrail qırıcıları Suriya ərazisinə zərbələr endirib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun komandanlığı bəyanat yayıb.
Məlumatda bildirilib ki, İsrail Qolan yüksəkliklərində Kuneytra əyalətinə zərbələr endirib. Eyni zamanda İsrail ordusu Suriyaya məxsus artilleriyanı məhv edib.