adalet.az header logo
  • Bakı -°C
15 Yanvar 2026 11:25
70
DÜNYA
A- A+

İsrail onu 30 ildən sonra saxladı - FOTO

İsrail qüvvələri 1996-cı ildə öldürülən tanınmış HƏMAS xadimi, "Mühəndis" ləqəbli Yəhya Ayyaşın həyat yoldaşı Hiyam Ayyaşı saxlayıblar.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fələstinin Nablus şəhərində baş verib. İsrail əsgərləri evə basqın edərək Hiyam Ayyaşı saxlayıblar. Onun saxlanmasının səbəbi 5 yanvarda, ərinin ölümünün ildönümündə dərc etdiyi "mesaj" olub.

Hiyam Ayyaşı saxlayan əsgərlər onun gözlərini bağlayıb, onunla şəkil çəkdirib və bu şəkilləri sosial media hesablarında paylaşıblar. Bu paylaşım geniş ictimaiyyətin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Yəhya Ayyaş 6 mart 1966-cı ildə anadan olub. 1991-ci ildə Birzeit Universitetini mühəndislik ixtisası üzrə bitirdikdən sonra Fələstində İsrailə qarşı müqavimət qruplarına qoşulub.

Ayyaş 5 yanvar 1996-cı ildə İsrailin daxili kəşfiyyat agentliyi Şin Bet tərəfindən izlənilən əməliyyat zamanı telefonuna yerləşdirilmiş partlayıcı qurğunun uzaqdan işə salınması nəticəsində həlak olub.