adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Avqust 2019 12:10
28627
DÜNYA

İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü

İspaniyanın "Iberia” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşüb.

Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.

Qeyd olunur ki, təyyarə Mavrikidən Madridə hərəkət edirmiş. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Təyyarə hava boşluğuna düşdükdən sonra qəfil yüksəklik itirib. Pilotlar təyyarəni Madrid hava limanında uğurla endirə bilib.

Təyyarəyə ziyan dəymədiyi bildirilir.