İsmayıllıda itkin düşən qızın oğlanla Xızıya qaçdığı məlum olub
İsmayıllıda itkin düşən qız tapılıb.
Adalet.az-ın məlumatına görə, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Ayişə Mehman qızı yanvarın 30-da itkin düşüb.
İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədovanın yeri müəyyənləşib.
Məlum olub ki, o, yanvarın 30-da yaşadığı evdən çıxaraq Bakıya gəlib, orada Xızı rayonunun Türkoba kənd sakini Rüstəmli Osman Şakkat oğlu ilə görüşərək evlənmək məqsədilə Xızı rayonuna gedib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:46
Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:136 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO
26 Aprel 2024 15:57