adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2014 21:44
4421
HADİSƏ

İsmayıllı meşələrindəki yanğın söndürülüb

İsmayıllı meşələrində bir neçə gün davamedən yanğınlar yalnız bu gün, saat 19 radələrində söndürülüb. Adalet.az Ekologiyavə Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, İsmayıllı MeşəMühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayınınyüksək dağlıq sahəsində baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər vəFövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsindəsöndürülüb.

 

Qeyd edək ki, yüksək dağlıq ərazidəbir-birindən uzaq məsafələrdə yerləşdiyindən və küləklə müşayiət olunduğundanyanğının söndürülməsi xeyli çətinlik yaratmışdı. Eyni zamanda, yanğının başverdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdəyerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemləryaranmışdı.

 

Buna görə də yanğının qarşısınınalınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Həmçininyaxın dağ çaylarından əl əməyi ilə su daşınıb.

 

Ümumilikdə bir-birindən aralı məsafələrdəyerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 20hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 4 hektara yaxın quru ot vəkol örtüyünə ziyan dəyib.

 

Hazırda dəymiş ziyanın həcminin müəyyənolunması məqsədilə araşdırma aparılır.