adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2019 18:12
23198
MƏDƏNİYYƏT

İsmayıl Şıxlının 100 illik yubiley tədbiri - FOTOLAR

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanasıilə birgə 14 mart 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmlinümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilətədbir keçirmişdir.

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfədoktoru Yaqut Bahadurqızı tədbiri açaraq İsmayıl Şıxlının koloritli xarakterlərəvə yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı iləAzərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış sözustalarından biri olmasından danışmışdır.

Sonra İsmayıl Şıxlının həyat vəyaradıcılığının əsas məqamlarını əks etdirən qısa slayd nümayiş olunmuşdur.

Kürdəmir rayon 6 saylı tam orta məktəbindil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək İsmayıl Şıxlınınyaradıcılığındakı özəlliklərdən, şəxsiyyətindən, şəcərəsindən – Şıxlinskilərdənbəhs etmişdir.

Şairə YadigarTəvəkkül çıxışını İsmayıl Şıxlı yaradıcılığında milli-mənəvi dəyərlər, xalqınadət-ənənələri, dil və üslubu mövzusuna həsr etmişdir.

Kürdəmir rayon MKS-ın direktoruİradə Mahmudova çıxışında İsmayıl Şıxlının pedaqoji və elmi fəaliyyətindən bəhsetmişdir.

Kitabxananın əməkdaşlarıMəhinə Şirəliyeva, Məryəm Əliyeva yazıçının sevilən hekayələrindən oxumuşlar.

Tədbirdə İsmayılŞıxlının "Dəli Kür” romanı əsasında çəkilmiş eyni adlı filmdən fraqmentlərnümayiş etdirilmişdir.