"İslamofobiyaya qarşı praktiki tədbirlərin görülməsi zəruridir"
İslamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir.
Adalet.az xəbər verir ki, bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu tədbirin əsas məqsədi bütün sübutları toplamaq, siyasi məsələləri gündəmə gətirmək və kənarda qalan səsləri ucaldaraq eşitdirməkdir. Bu konfrans kollektiv deklarasiya rolunu oynayacaq. İslamofobiya ilə mübarizə, eyni zamanda, dinc və yanaşı yaşamaq məsələsidir. İslamofobiya təkcə dini məsələ deyil, bu, insan hüquqları ilə bağlı problemdir.
“Hazırda yaşadığımız dünyada islamofobiya əxlaqi deyil, insani məsələyə çevrilib. İslamofobiya insan hüquqlarının alçaldılmasıdır. Biz bütün formalarda buna qarşı mübarizə aparmalıyıq. Onun tarixi köklərinə enmək lazımdır. Bu, yeni fenomen deyil. Tarixdə uzun müddətdir İslam haqqında formalaşmış yanlış fikirlər mövcuddur. Dinindən asılı olmayaraq, biz buna qarşı birgə səy göstərməliyik. Bu konfrans bizim birgə uğur qazanmağımız üçün əsasdır”, - deyə İbrahim Saleh Əl Naimi vurğulayıb.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

