01 May 2021 15:40
26111
MƏMLƏKƏT

İSİ MƏLİKZADƏNİN DOĞUM GÜNÜDÜR

İsi Məlikzadə  1934-cü il  may  ayinin  1-də  Quzey  Azərbaycanın  Ağcəbədi  rayonununda  anadan olmuşdur.Orta  məktəbi  bitirdikdən sonra  M.Əzizbəyov  adina  Azərbaycan   Sənaye  İnstitutunun (indiki  Neft və Sənaye Universiteti) neft-mədən  fakültəsinə  daxil  olmuş (1952)  və  həmin  institutu  bitirmişdir (1957).Tələbəlikdən  qələmini  bədii  yaradıcılıqla  sınamış  və uğur qazanmışdı.İsi  Məlikzadə  Həmin  illəri belə  xatırlayır: “Cavan  vaxtlarımda  gündüzlər  istehsalatda  çalışırdım,gecələr isə  yuxuma  haram  qatıb, gözümün  toyşu  gedənəcən  hekayə  yazırdım.Yazdıqlarımın  keyfiyyətindən  razı  idim.Say artdıqca özümə inamım da artırdı”.

Sonralar bədii yardıcılığa olan həvəsi  onu  ixtisasından  uzaqlaşdırıb  ədəbiyyatın geniş üfüqlü  qoynuna atdı.Ədibin bir sıra kiçik həcimli  hekayələri  dərhal  oxucu  rəğbəti  qazandı.Bu hekayələrin əsas  məğzi   real  həyatda  gəlirdi.Lakoniklik, az sözlə  böyük məna  ifadə  etmək  ədibin  yazı  manerasına  xas  olan başlıca cəhət  idi.

İsi  Məlikzadə  əsərlərinin mayası  həyatdan,torpaqdan, xalqdan, milli  kökə,ənənəyə  bağlılıqdan irəli  gəlir.XX  əsrin  70-90-cı illəri  İsi Məlikzadə yaradıcılığının ən məhsuldar  dövrünü  təşkil  edir.Bu  illərdə yazdığı  coxsayli  hekayə,povest və romanları  geniş ictimaiyyət tərəfindən  rəğbətlə  qarşılanmışdı.

İsi  Məlikzadə  “Ulduz”, “Azərbaycan” ədəbi-bədii  jurnallarında, Azərbaycan  Dövlət  Nəşriyyatında,”Azərbaycanfilm”  kinostudiyasında  və s.  işləmişdir. İlk  hekayəsi  1960-cı ildə,ilk  kitabı – “Həsratin  sonu” 1964-cü ildə çap olunub.Uzun illər  ərzində  “Gümüş  göl  əfsanəsi”,”Yaşıl  gecə”, “Küçələrə  su  səpmişəm”, “Dədə  palıd”, “Günəşli  payız”, “Qırmızı yağış”, “Kövrək qanadlar”, “Alovlu  qış”, “Özgə anası”,”İki  günün  qonağı”,”Günəş  harada  gecələyir” və  b. kitabları  nəşr  olunmuşdur.

Ədibin  “Molodaya  Qvardiya”, “Sovetskiy  pisatel”  kimi  nüfuzlu  nəşriyyatlarda  rus  dilində  ondan artıq kitabı  nəşr olunmuşdur. Moskvada  fransız  dilində  çıxan “Azərbaycan  nəsri  antologiyası”nda  İsi  Məlikzadənin   bədii  yaradıcılığına yüksək  qiymət verlimiş, ədibin “Oğul” hekayəsi  çap  olunmuşdur.

İsi  Məlikzadənin  Respublika  teatrlarının  səhnəsində  “Gəl qohum olaq”, “Sağlıq olsun”, “Hərənin öz ulduzu”,” Məndən nigaran qalmayın” pyesləri  tamaşaya  qoyulmuşdur.      

Uzun illər  “Azərbaycanfilm” kinostudiyasinda  baş redaktor  işləyən ədibin  ssenariləri  əsasında  “Qatarda”,”Gümüş göl  əfsanəsi”,”Pəncərə”,”Ağ  atlı  oglan”,”Kişi  sözü”,”Cehiz  güzgüsü”,”Güllələnmə təxirə salınır”,”Hacı qara”, “Papaq”, “Evin kişisi”, “Evlənmək  istəyirəm”,”Qoca  palıdın  nağılı” kimi qısa metrajlı  bədii  və sənədli  filmləri böyük  ekrana öz geniş  təcəssümünü  tapmış və  tamaşaçı  rəğbətini  qazanmışdır.

Xüsusən də,  yazıçının  “Qatarda” əsəri  cəmiyyətdə  baş verən  haqsızlıqlara  qarşı  güclü  etiraz, üsyan, haray  olmaq  baxımından  ferqlənir.Sovet  sisteminin  qılıncının  dali da, qabağı  da  kəsdiyi  bir dövürdə  onun eybəcərliklərini   tam çılpaqlığı  ilə açıb göstərən, keskin tənqid  atəşinə  tutan “Qatarda” əsəri  ədəbiyyatımızda  hadisədir.Xalq arasında çox sevilən  bu əsərin  şöhrətini  Yaşar Nuri, Həsən Əbluc  kimi  görkəmli  səhnə  ustalarının  bənzərsiz  oyunu  daha  da  artırmışdır.

Bir  qələm  əhli  olaraq  İsi  Məlikzadə  özünü  bədii  yaradıcılıqda  təsdiq  etmiş,oxucu  və  tamaşaçı  kütləsinin  sonsuz  məhəbbətini  qazanmişdır.Təəssüf ki,o   yaradıcılığının  çiçəkləndiyi  bir  dövrdə, Azərbaycan  xalqının  tale  yüklü  Qarabağ məsələsində  Xudu  Məmmədov  (Qarabağa  dair  iclasda),Hafiz  Baxış (Qarabağa  dair  iclasda),Fərman  Kərimzadə, Mikayıl  Azafli, Hamlet  Xanızadə,Eldar  Baxış, Famil  Mehdi, Şahmar  Əkbərzadə  və  başqaarı  kimi  İsi Məlikzadə də sarsintı  keçirdi və  1995-ci ildə  dünyasını  deyişdi. Təsəllini  onda  tapırıq ki, İsi Məlikzadənin  əsərləri  bu  gun də  səhnədən  duşmür, həmişəki  məhəbbətlə  oxunur,xatirəsi  layiqincə  yad  edilir.

Təkcə onu  demək  kifayyətdir  ki,Azərbaycan  Respublikasi Prezidenti  cənab  İlham  Əliyevin  sərəncamı ilə  2004-cü  ildə latın  qrafikası  ilə  capı  nəzərdə  tutulan  yazıçıların  siyahısında  İsi Məlikzadənin də  adı  vardır.

Qəzənfər Paşayev