adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Oktyabr 2019 10:43
27138
ƏDƏBİYYAT

İsi MƏLİKZADƏ: Cehiz güzgüsü - (Hekayə)

Toy gününə bir həftəqalmış Abdullanın evinə bərk qan-qaralıq düşdü. Abdulla eşitmişdi ki, qızköçürtmək ağır işdi, amma heç ağlına da gətirməmişdi ki, bu ağırlıq bapbalaca bir şeyinucbatından olacaq. Qızın cer-cehizi çoxdan düzəlmişdi: iynə-üskükdəntutmuş mebeləcən hər şeyi vardı. Birdən duyuq düşdülər ki, güzgü yoxdu.

Abdulla rayon mərkəzindəki mağazalarda isbatlı, qiymətli güzgü tapa bilmədi. Kəndmağazalarını bir-birinə vurdu, iki qonşu rayonun dükan-bazarlarını ələk-vələkelədi, di gəl ki, evə əliboş, kor-peşman qayıtdı və artırmada oturub onunyolunu gözləyən qohum-əqrəbasını da peşman elədi. Dişlərini qıcıyıb:

-Əlacın ola, bu mağazaları od qoyub odlayasan,dedi, Əşi, day güzgü buraxmırlar yəni?! Yəni bu camaata fərli güzgü lazım döyül?! Bay atonnan, belə də iş olar? Zənənnərin ciblərində gəzdirdiyigüzgüdən savay zgü yoxdu mağazalarda! Güzgü də mənə bir matah olub! Tfu, zalım uşağı!

Heç kim başa düşə bilmədi ki, Abdulla «zalım uşağı» deyib kimətüpürür: güzgünü mataha döndərənlərə, yoxsa ayağını yerə dirəyib onu güzgü dalınca göndərən qohum-əqrəbaya?

Abdulla artırmanın qabağındasallağı oturub, yorğun-arğın dedi:

-Day güzgü-zad axtarmayacam.

Artırmada böyüklü-kiçikli, arvadlı-kişili on-on beş adam vardı, bu on-on beşadamdan kimsəbirarvad xeylağıdodaqlarının altında mızıldadı?

- Güzgüsüz də gəlin olarmı, ayqağa?

Başqa bir arvad da onun sözünə qüvvətverdi:

-Güzgüadamın baxtıdı, qurban olum... Güzgü aydınlıqdı...

Abdulla hirsli-hirsli:

-Özümü güzgü qayırmayacam ha. – dedi.

Artırmadakı on-on beş nəfərin içində Abdullanın Nəsir adlı bir qohumu da vardı, Abdullanın rəhmətlik atası ilə Nəsirin rəhmətlik atası xalaoğlu idilər, elə Abdullayla Nəsir də bir-birlərinə «xalaoğlu» deyirdilər. Toya hazırlıq məqamındaNəsiri də məsləhət-məşvərətə, köməyə çağırmışdılar, ancaq bu neçə gündə Nəsirinməsləhətinə, köməyinə ehtiyac olmamışdı.

Nəsir hiss elədi ki, indi onun karagələn vaxtı çatıb. Əvvəlcə yerində qurcuxub kətili cırıldatdı, sonra boğazını arıtlayıb:

- zgününfikrini çəkməyin,dedi.Güzgü mənimboynuma.

Hamı başını döndərib, biraz qıraqda oturmuş Nəsirə baxdı. Nəsir də gözlərini zillədi Abdullanın istidənpörtmüş üzünə.

-Xalaoğlu, cehizin içində güzgümütləq olmalıdı,dedi. Birinci kərədirqız köçürdürsən, adəti-filanıbilmirsən. Mənim dörd qızım varallah hamınınnı xoşbəxteləsin– hələ balacadılar, vaxt yetişəndəonlar da köçəcəklər. Qoymaram bir şeyləri də əskiy olsun. Qız ata öyünnən çıxanda gərək ürəyiaçıq çıxsın, kəm-kəsirsiz çıxsın. Bildin, xalaoğlu?

Abdulla, Nəsirdən beş-altı yaşböyük idi, amma indi Nəsirin danışığına qulaq asdıqca ona elə gəldi ki, Nəsir dünyagörş,ahıl kişidi və bu kişi Abdullanı qabağına qoyub ağıl verir ona.Abdulla, Nəsirin qalın, şəvə bığına baxa-baxa başını yellədi.

-Güzgü qəhədə çıxıb, xalaoğlu,dedi. – Haqqını dörtqat, beşqat verrəm, kimdə var gətirsin. Yerinibilirsənsə, de, bu dəyqa gedim alım.

Digər Xəbərlər