adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2019 17:36
51502
LAYİHƏ

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

(əvvəli ötənsaylarımızda)

O, öz təfəkkür tərzinə,düşüncəsinə görə də tələbə dostlardan fərqlənir: "Mən bilirəm ki,seminariya elm və maarif ocağıdır. İdrakın məşəlini bizim əlimizə verib deyir: "Gedinharda qaranlıq və cəhalət gördünüz, bu məşəlin nuru ilə məhv edin!" Bəli,bu azadlıq nurudur! Azadlıq olmayan yerdə maarif və mədəniyyət işığı ola bilməz!

İndi biz hər ikiromanda təsvir olunmuş mənfi obrazlar haqqında müfəssəl söhbət açacağıq. Əgər"Dəli Kür" də Qori seminariyasında Petrov müəllim kimi deyil, xəfiyyəkimi fəaliyyət göstərirsə , M. İbrahimovun "Pərvanə" romanında bu vəzifəniVolkov yerinə yetirir.

Çarizmə, mütləqiyyətüsul-idarəsinə sədaqətlə xidmət edən Petrov Azərbaycanlı tələbələrə ikrah hissiilə baxır. O əlində tutduğu əsa ilə gahbu, gah da başqa tələbənin sinəsinə vuraraq "kəmərini düzəlt", "yaxanı düymələ"-deyəqışqırır. Eyni zamanda müsəlman tələbələrini "vəhşi- lər", "pinti tatar balası" kimi təhqiramiz sözlərlə alçaldaraq onların mənliyinə ,heysiyyətinə toxunur. Tələbələri cərgiyə düzəndə cır səslə qışdıraraq deyir:"Ey, tatarlar, parçalanın, sünnülər sağ tərəfə, şiyələr isə sol tərəfəkeçsin..."

Növbətçi müəllimkimi fəaliyyət göstərən Petrov dərs zamanı seminariyaya soxularaq Kipianini həbsetməyə gələn polislərə bələdçilik edərək onu ələ verir: "... Növbətçi müəllimayaq saxladı. Gözü ilə Kipianinin dərs dediyi otaqı göstərdi." Polislər Kipianini sinifdən çıxarıb aparandaƏşrəf cəld zəngə tərəf qaçaraq onu var gücü ilə çalmağa başlayır. Bu zamanbütün tələbələr sinifdən çölə çıxaraq öz müəllimlərini dövrəyə alırlar: Birdənkim isə ucadan: "Biz sizi heç vaxt unutmayacağıq, əziz Kipiani müəllim"-deyəqışqırdı. Bu gürcü tələbə Luka idi...

Volkov daPetovdan geri qalmayan ikiüzlü, xəyanətkar, yaltaq, satqın, vicdanını çoxdanitirmiş bir tipdir. O, seminariyada tələbələrdən heç kimə güzəştə getmir. Azərbaycanlıtələbələri o da Petov kimi "tatar" adlandırmaqla onlara dərin kin bəsləyir:"Onları görəndə adamın ürəyi bulanır... Yaşayışlarına, xasiyyətlərinə də bələdəm.Bilirəm necə yonulmamış, necə kobud və nadan tayfadır! Həyatları da ki, heyvanhəyatı!.." Müəllif oxucunun qəlbində sonsuz qəzəb və kin, nifrət hissioyadan bu obrazın iç üzünü, daxili aləmini, eybəcərliyini açaraq onun mənfursimasını bir daha gözlərimiz önündə canlandırmış olur.

Yazıçı əsərdəbir-birinə zidd xarakterləri səciyyələndirməklə oxucunu düşündürən müxtəlifüsullardan istifadə edir. Volkov seminariyanın müəllim və tələbələri arasındaazadlıq fikirlərinin yayıldığını görəndə, öz qəzəb və nifrətini biruzə verir.Bunun əksinə olaraq Aleksey Osipoviç qəlbinin dərinliklərində qürur hissikeçirir, zəhmətinin hədər getmədiyinə sevinir. Volkov az qala bütün ölkəni"altıncı palataya" çevirən çar hökümətinin "sərt qaydalarınıyumşaltdığını görəndə" buna inana bilmir. O, soyuq bir kinayə ilə deyir:"Radişşev Rusiyanın, taxt-tacın düşməni idi. Allahsızdır. Eləsinidiri-diri odda yandırmaq azdır..."

Biz buna oxşareyni fikirlər "Dəli Kür"də də rast gəlirik. Əşrəf Radişşevin"Peterbruqdan Moskvaya səyahət" romanını oxuyarkən yuxuya gedir. GecəAleksey Osipoviç onun yatağının yanında bu kitabı tapıb özü ilə aparır. Və onuyenidən öz həmkarı Kipianiyə qaytarır...

Biz Cahandar ağaobrazı ilə müqayisə oluna biləcək başqa bir obraz haqqında öz fikirlərimizioxucularla bölüşmək istəyirdik.

F.Eyvazlının"Qaçaq Kərəm" romanında Kərəm öz əbədi düşmənini aradan götürmək üçüngecə vaxtı onun evinə gəlir. O, düşmənini yataqda arvadı ilə bir yastığa başqoyub yatdığını görəndə əl saxlayır. Namərdlik eləyib düşmənini yatdığı yerdəöldürmək istəmir. O tüfəngin darağından iki patron çıxarıb onların yatağınınüstünə atıb oradan uzaqlaşır. Onu bu vəziyyətdə öldürməyi qürurunasığışdırmır...

Cahandar ağa daAllahyarla haqq-hesabı "çürütməyə" gedəndə darvazanın önündə mərd-mərdanədayanıb düşəmənini çölə çağırır. Səsə əvvəlcə nökərlər, sonra isə Allahyar özüçıxır. Cahandar ağa düşmənini silahsız görüb tüfəngini aşağı salır: "Kişikişinin qabağına belə çıxmaz. Get atını yəhərlə, tüfəngini götür" -deyir. Onun getmədiyini görən Cahandar ağatüfəngin xəzinəsini boşaldıb güllələri onun ayaqları altına taraq deyir:"Qorxma, arxandan vurmaram". Cahandar ağa bu döyüşdə yaralansa da,ancaq öz rəqibinə qalib gələrək onu öldürür.

Tənqidçi alimT.Salamoğlu yazır: "İ.Əfəndiyevin "Geriyə baxma, qoca" (1980),F.Eyvazlının "Qaçaq Kərəm" , M.Süleymanlının "Köç"(1984)romanlarında patriarxal adət-ənənələrinin tarixi planda təsviri ön plana keçir.Bu əsərlərdə bilavasitə patrialxal keçmiş təsvir obyekti kimi götürülür və onunmilli yaddaşda bərpası əsas yazıçı məqsədinə çevrilir. Bu əsərlər ənənəyənovator münasibətlə fərqlənir, eyni zamanda,"Dəli Kür" və "Qarlıaşırım" ın ənənə yaratmaq gücünü bir daha təsdiqləyir."

Yazıçı hər hansıbədii əsəri qələmə alarkən o ilk növbədə obrazların daxili aləmini açmaq vəonların duyğu və düşüncələrini izləmək üçün təhkiyə üsulundan geniş istifadəedir. Bu təhkiyə bəzən müəllif tərəfindən şirin bir dillə nəqil olunursa, bəzəndə hadisələrin axarından asılı olaraq kədər və qüssə notları üstündə köklənmişolur. Bunu nəzərə alaraq İ.Şıxlının "Dəli Kür" romanında Cahandar ağavə Şahnigar obrazı ilə V.Hüqonun "Səfillər" romanında Jan Valjan vəpolis komissarı Javer obrazı arasında qəhrəmanların keçirtdiyi ən ağırpsixologi gərginliyi və sarsıntıları, onların daxili həyəcan və iztirablarını,bir-birindən fərqli hiss və düşüncələrini yaxından izləməklə biz bu obrazların ənkədərli və faciəli taleyinin bir daha yaxından şahidi olacağıq.

Yazıçının böyükməhəbbətlə sevərək yaratdığı Şahnigar obrazı qəlbi həyat eşqi ilə döyünən safbir qadındır. Cahandar ağa bacısını ürəkdən sevir, həmişə onu müdafiə edir. Evəbir şey alıb gətirəndə onu yaddan çıxarmır. Amma bu qadının qəlbi sınıqdır. Özhəyat yoldaşını itirdikdən sonra tək-tənhayaşayır: "Ərim yox, uşaqlarım yox, elə Allahın bədbəxtiyəm. Bəlkə qəzəbə gəlmişəm.Günahım çoxdur. Onun üçün də rəhminə qurban olduğum mənə kəc baxır. Bəlkə gecdeyil. Elə bu müridlərə qoşulsam kəramət sahibi məndən mərhəmətini əsirgəməz"- deyir. Cahandar ağa isə dönə-dönə tapşırmışdı: "Çalışın adınıza sözçıxmasın. Söz çıxdımı, daha özünüzdən küsün." Ancaq buna baxmayaraq,qardaşının kənddə olmadığını öyrənən Şahnigar o gecə gizli olaraq molla Sadığınevində təşkil olunmuş "meyxanaya" gəlir. Bundan xəbər tutan Cahandarağa molla Sadığın evinə gəlib təpiyilə qapını açaraq silahla müridləri hədələyir.Molla Sadığ isə qaranlıqda gizli qapıdan aradan çıxaraq qaçır. Cahandar ağaçirağın zəif işığında küncə sığınmış bacısını görəndə onu qamçılayıb çöləçıxarır, qaranlıqda Qəmərin qabağına salıb aparır.

Şahnigar yaxşıbilirdi ki, belə bir iş tutduğu üçün qardaşı onu çətin ki, bağışlasın. O, tikankollarına ilişərək irəliləyir. İrəlilədikcə xəyalları onu çəkib uzaqlaraaparır: "Deyəsən, mənimki bura qədər imiş. Öldürməyə aparır. Yoxsa,düzü-dünyanı niyə dolanır? Nə? Öldürmək? Axı niyə? Nə pis iş tutmuşam ki? Səninəlin məni, bircə bacını öldürməyə qalxarmı, ay qardaş? Doğrudur, suçun var.Boynuma alıram, ancaq günahım o qədərdə böyük deyil. Vallah düz sözümdür, o,inandıığımız haqqı yalan danışmıram... Anam öləndə məni sən saxladın. Onuniyini səndən alıram, ay qardaş...

Sənə toy olandahamıdan çox sevinən mən olmadımmı? Gəlin getməzdən əvvəl otağa girib üzümdənduvağı açdığın, "ay şeytan, sənsiz lap darıxacağam" - dediyin yadındadeyilmi? Axı mən o günü sənin doluxsunub yaşaran gözlərini indi dəunutmamışam... Axı, sən məni çox istəyirdin?!.Bəs indi nə olub ki, məni öldürmək fikirnə düşmüsən. İnanmıram. Mənə əlqaldırasan, ay qardaş!"

Cahandar ağa isədərin düşüncələrə qərq olmuşdu. Beyni uğuldayırdı. Nə edəcəyinibilmirdi:"... Bundan sonra mən camaatın içinə necə çıxacağam? Başıma papaqqoyub necə gəzəcəyəm? Mərəkədə oturub necə söhbət edəcəyəm? Üzümə deməsələr dəarxamca rixşənd edib, atamın goruna söyməyəcəklərmi? Kişilikdən dəm vurur,namusdan danışır, amma bacısından xəbəri yoxdur, müridlərin dınqırına süzür, -deməyəcəklərmi?: Kaş sən heç yaranmayaydın. İndi mən nə edim? Dərdimi kiməaçım?.."

(ardı növbəti sayımızda)

Vəliyulla Novruz