adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2019 15:43
42854
LAYİHƏ

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

(əvvəli ötənsayımızda)

M.Şoloxov"Sakit Don" romanında isə Mitka kübar ailədən olan Lizanı balıqtutmaq adıyla aldadaraq onu qayığa mindirib Don çayının o biri sahilinəaparır... Onlar geri dönəndə bütün kənd bu hadisədən xəbər tutur... Ara sakitləşəndənsonra Mitka, Lizagilə gələrək onun atasına deyir: "Gəldim ki, ... bəlkəLizanı mənə verəsiniz." Bu sözləri eşidən ata:" İtil burdan! İt oğlu,it!... Al-çaq!..." Mitka təmkinini pozmadan deyir: "İxtiyarsahibisiniz, Sergey Platonoviç, özünüz bilərsiniz... Belə bir qız indi kiməlazımdır? Mən dedim bədnam olmasın. Yoxsa, dişlənmiş tikə kimə lazımdır? Dişlənmiştikəni it də yemir?..."

Yaxud,"Sakit Don" da Aksinya ərindən gizli Qriqori Melexovla görüşür.Bundan xəbər tutan əri öz arvadını möhkəm cəzalandırır. Ancaq Aksinya tutduğu əməldənəl çəkmir. İş o yerə gəlib çatır ki, o öz ərini atıb, Qriqori ilə qeyri-qanuniyaşayır. Qeyd etmək lazımdır ki, Aksinya həm gözəldir, cazibədardır, həm də cəsarətlidir,məğrurdur. O, hər cür çətinliyə qatlaşan fədakar bir qadındır. Buna görə də oöz xoşbəxtliyi və məhəbbəti uğrunda sona qədər mübarizə aparır. Nəhayət, əsərinsonunda öz sevgisinin qurbanı olur.

Amma Aksinyadanfərqli olaraq Mələk xanım passivdir, onun əlində heç bir ixtiyarı yoxdur. Özhüquqlarını nəinki tələb etmir, əksinə düşdüyü şəraitlə barışır. O, Azərbaycanqadınlarına xas olan köhnə feodal-patrialxal adət-ənənələrinə boyun əyərək dörddivar arasında ömür-gün "çürüdür". Ərindən icazəsiz bir addım belə kənaraata bilmir. Bununla belə hər iki əsərdə ailə-məişət problemi geniş şəkildə öz bədiiəksini tapmışdır.

Bu romanlardakıideya- estetik meyilləri dəyərləndirən tənqitçi alim T.SalamoğluT.Hüseynoğlunun fikirlərini əsas tutaraq yazır: "Sakit Don" romanındaolduğu kimi, "Dəli Kür" də əks etdirilən məsələlər epoxal səciyyədaşıyır. Bu əsərdə xalq taleyinin bədii inikası və xalq xarakterinincanlandırılmasında milliliklə sinfiliyin əlaqə və tənasübü məsələsinə bədii-estetikbaxışın təzəliyi diqqəti cəlb edir."

İndi isə bizİ.Şıxlının "Dəli Kür" romanında Cahandar ağa obrazı ilə L.Tolstoyun"Anna Karenina" romanında təsvir olunmuş gənc mülkədar Levinobrazlarının birlikdə müqayisəli təhlilini verməyə çalışacağıq. Lakin buobrazların təhlilinə keçməzdən ilk öncə Cahandar ağa obrazı haqqında bir qədərmüfəssəl məlumat verməyi lazımı bildik.

"DəliKür" romanında təsvir olunan Cahandar ağa özündən razı, mürəkkəb xarakterəmalik bitkin bir obrazdır. O, feodal-patriarxal mühitində yaşayıb, fəaliyyətgöstərən harın bir mülkədardır. Özünü kənddə hamıdan üstün tutan, heç kiminqabağında baş əyməyən təkəbbürlü bir bəydir. Kənddə çoxlu pay torpağlarına, çəmənliklərə,meşəliyə, qoruq sahəsinə malik bir ağadır. O, mənsub olduğu istirmarçı sinifdən,qəddarlıq, şöhrətpərəstlik, mənəm-mənəmlik kimi bir çox sifətləri mənimsəyəbilmişdir. Oğlu Şamxalın yoxsul Qocanın qızı ilə evləndiyini eşidəndə hirsindəncilov gəmirir, gözlərinə qan sığır: "Üç gün, üç gecə ağzı üstdəyatır", hirsindən ağlayır, "iri cod barmaqları ilə gəbənin ilgəklərinididib tökür", Qoca gəmiçi ilə qohumluğunu şəninə sığışdırmır. Mələk xanımbu işə qarışmasaydı, bəlkə də əli oğul qanına batmış olardı.

Cahandar ağasamanlığın üstündə oturub Əşrəflə söhbət edərkən oğlu ona deyir: "Gərəkbizə kömək edəsən". "Bilirsən, ata, padşahın əmri var, kəndlərinçoxunda məktəb açılacaq, kəndçi uşaqları oxuyacaq." "Kənddə səndənvarlı adam varmı?" "Olmaz öz torpağlarımızdan bir az kasıblara verək...?"Bu sözlər Cahandar ağanı özündən çıxarır. O, fikirləşir ki, "Uşağın başıxarab olub nədir...? Necə yəni kasıblara torpaq payla, məktəb tikdir, bunlar mənimnəyimə lazımdır?" Bəs Levin? Axı o da kənddə mülkədardır, onun da geniştorpaq sahələri var. Ancaq Cahandar ağadan fərqli olaraq o öz təsərrüfatınıbacarıqla idarə edir. Hətta ot çalımı zamanı mujiklərə qoşulub onlarla birlikdədəryazla ot çalır, onları ruhlandırır. Ancaq bunların hamsı gözdən pərdəasmaqdan başqa bir şey deyildir. Qardaşı Nikolay şəhərdən kəndə gələrkən kəndlilərinacınacaqlı vəziyyətdə yaşadığının şahidi olur. O, qardaşına məsləhət görür ki,kənddə tibb məntəqəsi, məktəb, aptekaçsın. Levin isə bütün bunların hamısını cəfəngiyyat adlandırıb: "Məktəb mənimnəyimə lazımdır?" -deyir. Qardaşı Nikolayın "təhsilin xalq üçünxeyirli olduğunu qəbul edirsən, ya yox?" - sualına Levin belə cavab verir:"Mən hələ bunun yaxşı bir iş olduğunu təsdiq etmirəm."

O, belədüşünürdü ki, kəndlilər savadlansalar ağalara amansız divan tutar, onlarınvar-yoxunu talan edərlər. Pay torpaqlarına gəldikdə isə bu torpaqların kəndlilərəverilməsinin qəti əleyhinədir. Ancaq o, üzdə özünü "mujiklərin" himayədarıkimi göstərir. Levinin belə mövqe tutmasını qardaşı Nikolay haqlı olaraq tənqidedir: "Sən bir şey qurmaq istəmirsən, sən sadəcə özünü bütün həyatın boyuolduğu kimi orijinal göstərmək istəyirsən.Özünü elə göstərirsən ki, guya mujikləri istismar etmirsən..."

Maraqlıburasındadır ki, feodal-patriarxal adətlərinə öyrəşmiş kəndə heç kim maarifişığı gətirmək istəmir. Hətta Levinin dostu Svijayiski ona məsləhət görüb deyəndəki, "Xalqı maarifləndirmək üçün üç şey lazımdır: məktəb, məktəb və yenə dəməktəb!..." Bunacavab olaraq Levin deyir: "Rus mujiki donuz kimi bir şeydir. O ancaqmurdar şeyləri sevir..."

Göründüyükimi hər iki yazıçı heç bir hüququ olmayan yoxsul kəndliləri müdafiə edirdi.Ölkənin bütün sərvətləri, torpaqları, meşələri, otlaq sahələri onlara məxsusdur.Kəndlilər üçün qanun ancaq mülkədarların şəxsi idarəsi idi. Mülkədarlarfeodal-natriarxal mühitində yaşayan kəndlilərlə istədikləri kimi rəftar edirdilər.İ.Şıxlıdan fərqli olaraq Tolstoyun orijinallığı ondan ibarət idi ki, o köləliyiümumbəşəri səviyyəyə qaldıra bilmişdir.

"DəliKür"ün ən böyük nailiyyətlərindən biri Azərbaycan xalq maarifinininkişafında, müəllim kadrlarının yetişməsində Qori seminariyasının tarixi rolunu,misilsiz xidmətlərini önə çəkməsidir. Azərbaycanın bir çox ictimai xadimləri,qabaqcıl maarifçiləri Qori müəllimlər seminariyasının yetirmələri arasından çıxmışdır. Əlbəttə, bu işdə Aleksandr OsipoviçÇernyayevskinin xidmətləri danılmazdır.İ. Şıxlı ilk dəfə olaraq bu fədakar maarifçinin parlaq obrazını ədəbiyyatımızagətirməklə onun əvəzsiz xidmətlərindənsöhbət açır. O rus Əhmədin şagirdlərinin dəftərlərini görəndə ürəkdənsevinir. Heç bir xəbərdarlığa baxmayaraq, Molla Sadığın yanına gedir. İlk öncəçağırılmamış qonaqları fanatik kütəqarşılayır. Lakin Cahandar ağanın: "Qonağa əl qaldırmazlar" - deyərəkişə qarışması coşmuş ehtirasları sakitləşdirir. Zəmanənin getikcə dəyişdiyinigörən Cahandar ağa özünə bir söykənəcək, dayaq axtarmaq məqsədilə oğlu ƏşrəfinQori seminariyasında oxumağa getməsinərazılıq verir: "O fikirləşir ki, oxumağı yaxşıdır. Qoy lap böyüsündivan-dərə ilə yaxın olsun. Deyəsən, indiki zamanda bir yanını hökümətə söykəməsən iş keçməyəcək. Bəlkə elə Əşrəfin özünüpristavdan-zaddan qoydular. Onda həndəvərimə heç kim hərlənə bilməz."

Yazıçı Qoriseminariyanın direktoru Semyanovu, Kirianini və Çernyayevskini bir müəllim kimiqəlbən sevir, onları müdafiə edir. Aleksandr Osinoviçin müsəlman tələbələriüçün yazdığı "Vətən dili" dərsliyini ürəkdən alqışlayır. İ. Şıxlınovator bir yazıçı kimi ədəbiyyatımızın ən yaxşı ənənələrini davam etdirərəkmüxtəlif millətlərdən olan sadə adamların bir-biri ilə qırılmaz tellərlə bağlıolan əbədi dostluğunu da bədii boyalarla təsvir etmişdir.

Böyük sənətkarımızM. İbrahimov "Pərvanə"romanında bir daha yenidən, bu mövzuya toxunaraq Qori seminariyasında təhsilalan müxtəlif millətlərin nümayəndələrindən olan tələbələrin bir araya gəlməsindən,vahid bir amal uğrunda mübarizəaparmasında ətrafı söhbət açır.

N. NərimanovQori seminariyasına oxumağa gələndə nəinki Aleksandr Osipovicin, eyni zamandaseminariyada çalışan bütün tərəqqipərvər pedaqoqların ən sevimli tələbələrindənbiri idi. İti zehinə, möhkəm yaddaşa malik olan bu istedadlı tələbə özmehribanlığı, alicənablığı , xeyirxahlığı və səmimiliyilə bütün tələbələrinsevimlisinə çevrilir.

(ardı növbətisayımızda)

Vəliyulla Novruz