adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2019 14:41
63783
LAYİHƏ

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlı ədəbiyyattariximizdə yeni bir səhifə açan sənətkarlarımızdandır. Hələ sağlığında ikən özlayiqli qiymətini almış bu böyük nüfuz sahibi özünə tələbkarlıqla yanaşan, üzərinədüşən məsuliyyətin ağırlığını bütün varlığı ilə dərk edən, əsərlərinin bədii cəhətdənmükəmməl və dolğun olmasına önəm verən istedadlı yazıçılarımızdan biri idi.Onun bir nasir kimi qələmə aldığı mövzular hər şeydən öncə öz bədiiliyi, rəngarəngliyi,aktuallığı, obrazların mürəkkəbliyi, özünəməxsus deyim tərzi ilə yaddaqalandır.Ötən əsrin ikinci yarısında ədəbiyyata gələn bu nadir istedad sahibi özorijinal yazı tərzi, fərdi üslubu ilə təxəyülünün gücünə arxalanaraq insanxarakterlərini, onların psixologiyasını, mənəvi aləmini yenidən bədii idraka,obrazlı təfəkkürə çevirməyi bacardı.

İstər hekayə vəpovestlərində, istərsə də romanlarında o həmişə müasir idi. Bu müasirlik hərşeydən öncə onun qələmə aldığı mövzuların aktuallığı və həyatiliyi ilə bağlıidi. Çünki, yazıçının təsvir etdiyi mühit öz təbii gözəlliyi və milli xüsusiyyətləriilə seçilirdi. Oxucu əsəri oxuduqca özünü bir anlığa təbiətin füsünkar gözəlliyiqoynunda hiss edirdi. Çünki yazıçı insanı təbiətin bir parçası kimi təsvir etməkbacarığına malik idi.

Təxminən on iləyaxın gərgin yaradıcılıq məhsulu olan "Dəli Kür" (1968) romanı işıqüzü gördü. Bu əsər yazıçının öz oxucularına əvəzsiz töhvəsi idi. Bitkin süjet xəttinəmalik və gərgin dramatik konfliktlərlə müşahidə olunan bu əsərdə yazıçı XIX əsrinsonlarına yaxın Azərbaycan kəndlərində baş verən ictimai və tarixi hadisələriönə çəkməklə yadda qalan insan obrazları və xarakterlər yarada bilmişdir.

Yazıçı XIX əsrinfeodal-patriaxal kəndində hökm sürən özbaşınalığı, mülkədar-kəndli münasibətlərini,ictimai ədalətsizliyi, qadın hüquqsuzluğunu, ruhanilərin riyakarlığını, köhnəsxolostik təhsil sisteminin yararsız vəziyyətdə olmasını, çarizmin ucqarlardaxalqa zidd yürütdüyü siyasətini özünəməxsus bir şəkildə canlandıra bilmişdir.

Müəllif təkcə təbiəttəsvirlərində yox, insan xarakterlərinin açılmasında da öz sənətkarlıq məharətininümayiş etdirir, onların fərdi keyfiyyət və davranışlarını təbii boyalarla açıbgöstərir. O, bir tərəfdən təsvir etdiyi mühitin ab-havasını, insanların yaşayıştərzini, onların təbiətlə vəhdətdə bədii təsvirini sərgiləyirsə, digər tərəfdəndə həmin mühitin ictimai norma baxımından bir sıra xüsusiyyətlərini özündə cəmləşdirərəkmərkəzi obrazın-Cahandar ağanın sosial fonda tipik surətini yaratmış olur.Yazıçının "mən"i, dünyagörüşü də bu obrazın dili ilə danışır. Buobraz öz-özlüyündə ətrafda baş verən hadisələrin, insan fərdlərinin və müxtəlifyaşayış tərzinin dərkidir; o, bütün ruhu və qəlbi ilə əlçatmazlığın zirvəsindəolmağa can atır. Onun istək və arzuları, duyğu və düşüncələri, məhəbbət və nifrəti,dünyaya baxışı məhz bu ucalıqdan boylanan mühitdədir.

Azərbaycanxalqının tarixi keçmişindən, onun başqa xalqlarla birlikdə zülm və zorakılığaqarşı azadlıq mübarizəsindən az yazılmamışdır. Düzdür, İ.Şıxlı da məhz bu ənənəyəmüsbət münasibət bildirməklə əsərlərində müəyyən mənada öz sələflərindən bu vəya digər dərəcədə bəhərlənmiş, özündən sonra gələn sənətkarlar isə bilavasitəonun ənənələrini layiqincə davam etdirmişlər. Bununla belə yazıçı romanın əvvəlindənsonuna kimi öz orijnallığını qoruyub saxlaya bilmişdir. Bütün bunları nəzərəalaraq "Dəli Kür" romanı ruhənbir-birinə yaxınlığı ilə seçilən digər yazıçılarımızın əsərləri ilə onlarınoxşar və fərqli cəhətini həm paralel şəkildə müqayisə edəcək, həm də qarşılıqlıtəhlilini verməyə çalışacağıq. Biz ilk öncə İ.Şıxlının "Dəli Kür"romanı ilə M.Şoluxovun "Sakit Don" romanı arasındakı oxşarlığı nəzərdənkeçirəcəyik.

"DəliKür" romanında Göytəpə kəndinin ürək açan gözəllikləri, yaşıl vadiləri, çəmənlikləri,qıjıltıilə axıb gedən Kür çayı, onun sol sahilində yerləşən qalın meşəlikləri, oradakıvəhşi yaşam tərzi o qədər canlı və reyaltəsvir edilmişdir ki, oxucu bu gözəllik önündə heyranlığını gizlədə bilmir:"Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə yaxın, yağış çiləmişdi.Torpaq yolların və cığırların tozu xal-xal olmuşdu, çəmənliyin şehiparlayırdı... Hündür boz təpələri yarıb uçuruma çevirən Kür, meşənin yaxasıboyu uzanıb gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında yatağına sığmayıbgah sol sahildəki meşəyə soxulan, gah da bəri üzdəki hündür yarğanları, biçənəkləri,ulğunları yuyub aparan Kür bu il daha coşqun idi..."

Biz təbiətinepik planda belə təsvirinə M.Şoluxovun "Sakit Don" romanında da rastgəlirik: " Melexovların evi Xutorun lap kənarındadır. Onların mal-qara pəyəsininqapısı şimalda, Don çayına baxır. Burada balıqqulaqları sədəf kimi ətrafa səpələnmiş,dalğaların yuyub gözəlləşdirdiyi xırda çay daşları boz, əyri-üyrü haşiyə kimiuzanır, sonra küləyin ləpələndirdiyi Donun işıldayan göy sularına qarışıbgedirdi... Dan yeri ağarır, bozumtul səmada tək-tək ulduzlar seçilirdi.Buludlardan aşağıda külək əsirdi. Donun üstü ilə süzən duman atlı kimi çapır, təbaşirlidağların döşünə yayılır, oradan ilan kimi sürünə-sürünə sıldırım qayalarınarasına girirdi. Çayın sol sahilindəki düzlər, qumsallıqlar, qobular, keçilməzqalın qamışlıqlar, şeh düşmüş meşə soyuq şəfəqlə parıldayırdı. Hələ boylanmamışgünəş üfiqi qırmızı şəfəqə bürümüşdü..."

Hər iki əsərdəmüəllif təbiətin ürək açan gözəlliklərini bədii boyalarla təsvir etməkləbir-birindən gözəl epitetlər, təşbehlər, metoforalar yaratmaqla bizi heyranedir. Oxucu gah baharın xoşbəxtliyə aparan gizli pıçıltısından, gah yaz vaxtıyatağına sığmayan Kürün boz-bulanıq qıjıltısından, gah da Donun "üstü iləsüzən dumanın atlı kimi çapıb" getməsindən estetik zövq alır.

Biz eyni zamanda"Dəli Kür" romanı ilə "Sakit Don" romanı arasındakı oxşar vəfərqli cəhətlərinə də aydınlığ gətirməyə çalışacağıq.

Hər iki romandatəsvir olunan hadisələr coğrafi baxımdan ayrı-ayrı məkanda baş versə də,yazıçının qarşıya qoyduğu problemlər, onları narahat edən və düşündürən məsələlərmüxtəlif zaman kəsiyində eyni bir müstəvidə öz bədii həllini tapmış olur.Romana verilən adlar isə obrazların əhval-ruhiyyəsi ilə yaxından səsləşir;onların duyğu və düşüncələri, arzu və istəklərilə bir vəhdət təşkil edir.

Cahandar ağa nəqədər igid və cəsur olsa da, o eyni zamanda bir o qədər zalım, qəddar, əzazil,təkəbbürlü bir obrazdır. Onunla müqayisədə Kür çayı da bir o qədər qəzəbli, yazvaxtı "öz məcrasına sığmayan", "sahilini aşıb-daşan","boz-bulanıqlı..." bir çaydır. Yazıçı ayrı-ayrılıqda yaratdığı bulövhələrdə qəhrəmanın "dəli-dolu" olmasını, güc və qüvvəsinin təbiətləbirlikdə təsvirini verir.

Bundan fərqliolaraq "Sakit Don" romanında hadisələr bir qədər epik planda verilsədə, Melexovlar ailəsi öz ağıl və düşüncəsilə Cahandar ağadan fərqli olaraq təmkinli,sakit görünür. Qriqori istər ailədə, istər təsərrüfat işlərində, istərsə dəatasıyla balıq ovuna gedəndə özünü sakit aparır, hərəkətlərinə nəzarət etməyibacarır. Sanki o öz təmkinini, vüqarını, saflığını, "duruluğunu"sakit axan Dondan götürmüşdür.

Doğrudur, əsərinsonrakı hissələrində-vətəndaş müharibəsi dövründə qəhrəmanın düşdüyü vəziyyətbir qədər fərqli şəkildə təsvir olunsa da, biz Cahandar ağada gördüyümüz qəddarlığıQriqoridə görmürük. "Dəli Kür" də Cahandar ağa kazaklar tərəfindənöldürülsə də, "Sakit Don" da Qriqori öz evinə sağ qayıdır.

"DəliKür" də Mələk xanım Cahandar ağa tərəfindən qaçırıldıqdan sonra Allahyar xəcalətindəncamaat arasına çıxa bilmir. O, hansı yolla olursa-olsun Cahandar ağadan özqisasın almaq üçün fürsət axtarır. Belə bir çətin vaxtda kənd ağsaqqallarındanbiri onu tikanlı sözlərlə sancaraq deyir: "Ay bala, namusu itə atıblar, ityeməyib, bəs sənin qeyrətin hanı? Niyə gedib arvadını axtarmırsan?"

(ardı növbətisayımızda)

Vəliyulla Novruz