adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Iyul 2016 13:06
13216
MƏMLƏKƏT

İşıq pulunun artma səbəbləri – Ekspertlər danışır

AzərbaycanTarif (qiymət) Şurasının işıq pulunu artırması ilə qərarı əhali tərəfindəngözlənilməz və birmənalı qarşılanmadı. Tarif Şurası mətbuata açıqlamasındaqiymətlərin artımını son 10 ildə Azərbaycanda elektrik sistemininyaxşılaşdırılması üçün kifayət qədər yeni avadanlıqların gətirilməsini, xidmətsəviyyəsinin artırılmasını əsas gətirib. Bu müddətdə elektrik enerjisiabonentlərinin sayının bir milyon nəfər artaraq 2.5 milyona çatdığınıbildiriblər. Həmçinin əhalinin evlərinə pulsuz sayğacın quraşdırılması da yeniqiymətə təsir edən amillər sırasındadır.

Məsələilə bağlı ekspertlər isə əsas səbəbi dünya bazarında gedən  qiymət tərəddüdü ilə əlaqələndirirlər:

Ekspert Qubad İbadoğlu hesab edir ki, elektrikenerjisi yalnız dövlət rayon elektrik stansiyalarında istehsal olunmalı deyil.Onun sözlərinə görə, kiçik su elektrik stansiyaları da qurulmalı idi. Alternativ enerjilərdən - külək, günəşenerjisindən istifadə edərək qiymətlərin daha da aşağı salınmasına gətirib çıxarılabilərdi. Müəyyən təkliflərlə çıxış edən ekspertin sözlərinə görə, dünyabazarında  əsas enerji mənbələri sayılanneft və qazın  qiyməti birbaşaAzərbaycanda elektrik enerjisini paylanma indeksinə təsir göstərir:"Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır.Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinindüşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, qaz da daxili istehsal məhsuludur,elektrik enerjisinin istehsalı üçün yerli istehsal olan qazdan istifadə edirik.Bu da elektrik enerjisinin ucuzlaşmasına şərait yaratmalı idi. Lakin bu başvermədi".

Həqiqətən Azərbaycanda son 10 il ərzində elektrikenerji təminatı ilə bağlı bir çox layihələr keçirilib. Nəhayət 2013-cü ildə Dövlətbaşçısının sərəncamı Alternativ Və Bərpa Olunan Enerji Mənbələri Üzrə DövlətAgentliyinin yaradılması ölkədə enerji təminatının yaxşılaşdırılmasıistiqamətində ən vacib tədbirlərdən sayılır. Tariflər Şurasının  qeyd etdiyi ki, texniki təchizat vəxidmətlərin artırılması və ekspertlərin səbəb kimi ortaya qoyduqları dünyabazarında neft və ona müvafiq olaraq qazın qiymətinin yenməsi işıq pulunuartıran əsas faktorlardır. Lakin ortada başqa bir səbəbin də olduğunu deyənİqtisadçı Samir Əliyev məmurlara məxsus obyektlərin işıq pulu ödəməməsini  səbəb kimi dəyərləndirir. Onun sözlərinə görə,kommunal xidmətlər göstərən qurumlar bu cəhətdə məsuliyyətli olmalıdırlar: 

"Kommunal xidmət göstərən qurumların hər biriayrı-ayrılıqda belə bir fikir səsləndirirdilər ki, istehsal etdikləri məhsulunmaya dəyəri onun satış qiymətindən bahadır. Amma bu məsələ ilə bağlı suallarvar. Əvvəla, şəffaflıq yoxdur. Biz haradan bilək ki, həqiqətən məhsulun mayadəyəri baha başa gəlir, bu məsələdə şişirtmə yoxdur? İkincisi, işçilərin çoxluğuqiymətə təsir edir. Bir nəfərin görməli olduğu işi 3-4 nəfər görürsə, təbii ki,bu, maya dəyərinə təsir edəcək. Üçüncüsü isə, istər su, istərsə də qaz, işıqpullarının ödənişlərində müşahidə edirik ki, daha çox adi vətəndaşlar ödənişihəyata keçirir. Amma imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlərödəniş etmir. Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca,qiymətlər qalxmaqda davam edəcək. Düşünürəm ki, bu artım digər qiymətlərə dətəsir edəcək". 

Ekspert sözlərinə onu da əlavə edib ki, növbətiqiymət artımı nəqliyyat sistemində olacaq.


Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov elektrik enerjisinin pərakəndə vətopdansatış qiymətlərinin artırılmasına münasibət bildirərkən məsələnin obyektiv və subyektivsəbəblərini zaih edib:

Deputat deyib ki, bu növbəti ərzaqbahalaşması üçün zəmindir: "Elektrik enerjisinin həm topdansatış, həm dəistehlak qiymətinin qaldırılmasının birinci səbəbi ondan ibarətdir ki, Azərbaycanda manat qıtlığı və bundan yarananproblemlər var. Neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutanın 2 dəfədevalvasiyaya uğraması hökuməti bu addımı atmağa vadar etdi.

Çünki müəyyən məsələləri tənzimləmək lazımdır. Hələ 2004-cü ildəcənab Prezident qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaqtəhlükəsizliyinin təmin olunması tapşırıqlarını vermişdi. Üstündən 12 il keçib,amma biz buna nail ola bilməmişik”.

Deputatın sözlərinə görə, proseslərin qarşısını almaq üçün köklüislahatlar aparılmalıdır: "Cənab Prezidentin də bildirdiyi kimi, kəndtəsərrüfatında müəyyən artımlara nail olduğumuz kimi, digər sahələrdə də bunuetməliyik. İlk növbədə bank sektorunun sağlamlaşdırılmasını yekunlaşdırmaqlazımdır. Xidmət, turizm sektoruna diqqəti artırmaq lazımdır. Biz neftinqiymətinin qalxmasını gözləməkdənsə, bu sektorlarda inkişafa nail olmalıyıq.

Ən əsası çevik hökumət olmalıdır, onlar gecə-gündüz işləməlidirki, biz bu böhrandan çıxa bilək”.

RüfətSoltan