adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 10:54
61
MƏMLƏKƏT
A- A+

 İstirahat mərkəzləri niyə gileylənir?

Yaz və yay aylarında Azərbaycanda istirahət mərkəzlərinin  çıçəyi çırtlayır. Yəni el dilində demiş olsaq , onların dövlətinin gəlhagəl dövrüdür. Ona görə də əksər istirahət mərkəzlərinin  rəhbərləri  bu anı- yaz və yay mövsümünü səbirsizliklə gözləyirlər. Bu il onların bəxtlərindən  havalar qeyri-sabit keçir.

Təbii ki, belə bir şəraitdə istirahat mərkəzlərinə, eləcə də dənizə gedənlərin sayı əsaslı surətdə azalıb. Bunu istirahət mərkəzlərinin əməkdaşları da deyirlər! Bakıdakı Novxanı çimərliklərindəki  istirahət mərkəzlərini icarəyə götürən iş adamları deyir ki, may ayından bu yerləri icarəyə götürmüşük. Amma hava şəraiti əlverişsiz keçdiyəindən çimərliyə gələn yoxdu! Bu isə bizim vəziyyətimizi çətinləşdirir.

Yəni biz birmənalı olaraq , müştərilərin gəlib- gəlməməyindən ası olmayaraq icarə  haqqını ödəməliyik! May ayını cibimizdən vermişik, iyunu da bu gün , sabah ödəyəcəyik! Başqa çıxış yolumuz  qalmır! Bütün ümidlərimizi bu ayın axırına və iyul və avqust aylarına bağlamışıq! İnşallah, Tanrı bizə kömək olar!  İstirahət mərkəzlərini işlədənlər bir həqiqəti yaddan çıxarırlar; onlar müştəri çox olanda  gözlərini yumub, ağızlarına  gələn qiyməti " oxuyur" lar! Yəni 50 manatlıq  yeməyə 100 manat istəyirlər! Bax , bu da istirahət mərkəzlərinə gedənlərin narazılığına səbəb olur.

Ona görə də bir çox insanlar qiymətindən dəfələrlə artıq pul alındığına görə, yenidən həmin yerə getmirlər. Haqqı yeyənlərdən Allahın da xoşu gəlmir. Və  Tanrı da haqqı yeyənləri belə cəzalandırır.Bax ,bu, haqqa  girənlərə bir ibrət olmalıdı!

Emil FAİQOĞLU