adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2016 16:13
6951
DÜNYA

İŞİD TARİXİ DÜŞMƏNLƏRİ DOSTLAŞDIRDI

Bir çox onilliklər ərzində bir-biri iləvuruşaniki tarixi düşmən İranla «Taliban» «İslam dövləti»nəqarşı birləşərək əməkdaşlığa başlayıb. İran Əfqanıstanla sərhəddə "bufer zonası” yaratmaq və İŞİD silahlılarının ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə "Talibanla bir araya gəlib. Rusiyamətbuatının verdiyi xəbərə görə, bu barədə ABŞ-ın "Foreign Policy”jurnalına diplomatik və hərbi dairələrdəki mənbələr bildirib.

Jurnal İslamRespublikası hökumətinin Əfqanıstan ilə 920,5 km uzunluğu olan sərhədinin mühafizəsiüçün belə bir addımı atdığını vuğulayıb. Nəşrinməlumatına görə, şiə İran «Taliban»ı son onilliklər ərzində özünə birbaşa təhlükəgörürdüsə, hazırda Tehranda hesab edirlər ki, "Taliban” İŞİD-lə müqayisədəölkəyə daha az təhlükə yaradır. ABŞ administrasiyasının hesablamalarına əsasən,İŞİD-in Əfqanıstandakı dəstələrinin tərkibində 3 minədək silahlı döyüşürvə onların sayı artmaqdadır.

Nəşrqeyd edir ki, "Taliban”ı son vaxtlaradək təhlükə mənbəyi hesab edən İranhakimiyyəti siyasətində ciddi dəyişiklik edib. Məqalə müəllifləri qeyd edir ki,ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2001-ci ildə Əfqanıstanahərbi müdaxilə edənədək İran o zaman taliblərin əsas düşməni hesab olunan"Şimali Alyans”ı silah-sursatla təmin edib və digər yardımlar göstərib.

Mənbə"Foreign Policy”-ə bildirib ki, İranın yaratmağa çalışdığı "bufer zonası”Əfqanıstanın cənubundakı Hilmənd əyalətindən şimaldakı Gündüz əyalətinədək olanərazini əhatə edəcək. "Taliban” qeyd olunan ərazilərin çox hissəsinənəzarət edir.

Digərmənbələr İranın artıq sərhədboyu cəmləşən "Taliban” dəstələrini pulemyot,əl qumbaraatanları və sursatlarla təchiz etdiyini və maliyyə dəstəyigöstərdiyini bildiriblər. İŞİD-in bölgədəkinüfuzu demək olar ki, İran üçün ciddibir strateji problemdir. Bu baxımdan İran hərbçiləri İraq və SuriyadaİŞİD-ə müqavimət göstərir. Bu baxımdan da rəsmi Tehranın Əfqanıstanda da keçmiş düşməniTalibanla yeni düşməni İŞİD-ə qarşı əməkdaşlıq müzakirələri aparması istisnaedilmirdi.

MEHRİBAN