İŞİD Pakistandakı partlayışa görə məsuliyyəti üzərinə götürdü
Pakistanda baş verən partlayışa görəməsuliyyəti "İslam dövləti” terror qruplaşması öz üzərinə götürüb.
Adalet.az "Reuters”ə istinadən xəbər verir.
Xatırladaq ki, Pakistanın Belucistan əyalətinin Mastunq dairəsində baş verən hadisə zamanı 25 nəfər ölüb, 35 nəfər isə müxtəlif dəcəli xəsarətlər alıb. Xəsarət alanlar arasında Pakistan Senatının sədrmüavini Maulana Abdul Qafur Hayderi də var. Hayderinin aldığı yaralar həyati təhlükə daşımır.