adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2013 12:27
28464
MƏMLƏKƏT

İşğal günündə nə edək?

Şuşanın işğalının 21 illik ildönümüdür.Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başınıdoğrudan da dumanlar alıb. 1992-ci ilmayın 8-də ermənilər tərəfindən işğal olunub.

Azərbaycan musiqisinin beşiyi sayılanŞuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cüməməscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, MollaPənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixişəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib... Ümid öləzisə dəsönmür...Ümid itmir... Dünyanı idarə edən supergüclər başımızı qatmağa çalışsada, böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başınınüstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşaerməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlaryenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəmqoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanınsəsi", "Qarabağın şikəstəsi..."

Hər il bu anım günü yaxınlaşandaefirlər, qəzetlər səs-səsə verir, bir-birinə macal vermədən işğalın ildönümünügündəmdə xatırlamağa çalışır. Əslində bu günü, Şuşasızlığın ildönümünü necəxatırlamalıyıq? Bu haqda qələm adamlarımızın öz düşüncəsi var.

RəssamFərhad Yalquzaq düşünür ki, bu günü kədərlə, acı ilə xatırlamaq lazımdır: "Bu tarixi qarışıqlıq, çaş-başlığın içərisində Şuşanın birdən-birə necə düşmənəlinə keçməsini anlamaq qəliz bir məsələdir. Gözlənilməz bir olaydı yəni.Şəxsən mən özüm o dönəmdə düşünən, anlayan bir gənc idim, ancaq heç ağlıma dagəlməzdi ki, ermənilərin belə böyük iştahası var və bizimkilər də, onların buiştahının qarşısında davam gətirə bilmədilər. Bəlkə də bu, siyasi bir oyun idi,bəlkə də bizim zəifliyimizdən irəli gəlirdi, ancaq bir şeyi söyləməyi önəmlibilirəm - Şuşa kimi bir tarixi şəhərin əldən getməsinə mane ola bilməyən xalqbaşına gələn sonrakı bəlalarda da özü suçludur. Biz hər şeyi bir-birimizinüstünə atmağa öyrəşmişik, sanki bununla məsuliyyəti özümüzdən uzaqlaşdırmışoluruq. fakt isə budur ki, biz Zəngəzuru, Borçalını, Dərbəndi itirən xalq idik,indi isə həm də Qarabağı itirən xalqıq. Təəccüblü bir şey yoxdur artıq!Yazıqlar olsun!”

Gəncalim və yazar Əhməd Şahidov konkret tarixlərlə işğal günlərini xatırlamağıntərəfdarı deyil : Şuşanın işğalından 21 il ötür,o ağrılı-acılı günlər getdikcə bizi o torpaqlardan uzaqlaşdırır. O gün Facebooksəhifəmdə bir status yazmışdım. Yazdım ki, Şuşasız yaşadığımız illərlə eyniyaşda olan əsgərlərimiz var bizim. Bəs Şuşa və digər torpaqlarımızın işğalınınecə xatırlamalıyıq? Maraqlı sualdır. Ümumiyyətlə, mən yalnız konkrettarixlərdə işğalı xatırlamağın tərəfdarı deyiləm, bu, sanki bir reqlament kimigəlir mənə. Kim ata-anasını ancaq onların ad günündə sevir ki?! Vətənimiz axıvalideynlərimizdən də müqəddəsdir bizə, ən azından Ana Vətən deyə yad edirik otorpaqları.

Mən işğal günlərini daha çox akademiktədbirlər, elmi konfranslar və beynəlxalq tədbirlər keçirməklə yad etməyintərəfdarıyam. Çünki, bu yad etmə bizim özümüz üçün deyil, ikili standartlarlaidarə olunan dünya üçündür. Biz dünyanın diqqətini bu problemə çəkməkistəyiriksə, dünyanın dilində danışmalıyıq bu problem barədə. Dünya isəağlaşmanı, yas saxlamağı qəbul etmir. Məsələn, konkret danışım. Şuşanın işğalıilə bağlı həm ölkəmizdə, həm də xaricdə tədbirlər keçirmək olardı. Ulu ÖndərHeydər Əliyevin zamanında bucür günlərdə Şəhidlər Xiyabanında xarici diplomatikkorpusların nümayəndələrinin iştirakı ilə anım tədbirləri keçirilərdi. Bu, çoxönəmlidir. Xaricdəki səfirliklərimiz əsas dövlət bayramları kimi işğal günləriüçün də qəbullar keçirib, digər ölkələrin səfirlərini, mətbuatını,ictimai-siyasi xadimlərini dəvət edə bilərdilər. Amma hələ ki, bunlarıgörmürük. Sosial şəbəkələrdən də geniş istifadə etmək olar. İncəsənətxadimlərimiz xaricdə konsert keçirib, adını Şuşa qoysunlar və bununla diqqətiözlərinə çəksinlər. Bakıda beynəlxalq turnirlər məhz bugünə salınsın və adınıŞuşa ilə bağlasınlar. Müasir dünyada məhz bu yolla milyonların diqqətini özünəcəlb etmək olar, yoxsa heç kimin başqasının faciəsinə ağlayan halı yoxdur.Hərəyə öz faciəsi bəs edir. Təsəvvür edin ki, bir qonşunun yasına getmisiz,halınız pis olmasın deyə, çox oturmursuz, çıxıb gəlirsiz evə. Bu da onabənzəyir. Biz Şuşa üçün ağladıqca, dünyanı özümüzdən bir az da uzaqlaşdırırıq.

YazıçıKənan Hacı hesab edir ki, media işğal olunan torpaqlarımızın işğal günləriniyazı müsabiqələri ilə, müxtəlif vətənpərvərlik layihələri ilə xatırlamalıdır: "Şuşa bizim ən ağrılı yerimizdi. Çox təəssüf ki, bizŞuşanın adını şadlıq evlərinə verməklə, o şadlıq evlərində yeyib-içib ağlamaqlaxatırlamışıq. İndiki gənc nəsil Şuşanı görməyib, onların təsəvvüründə Şuşaylabağlı demək olar ki, heç nə yoxdur. Biz Şuşanı təkcə ildönümlərində deyil,həmişə, hər gün xatırlamalıyıq. Media kitab, yazı müsabiqələri keçirsə çoxyaxşı olar. Televiziya mənasız əyləncə şoularından daha çox itirilmiştorpaqlarımızla bağlı tarixi həqiqətlər haqqında sanballı verilişlərhazırlamalıdır."

Gəncyazar Alpay Azər düşünür ki, biz güclü, döyüşkən olmağımızdan ağız dolusudanışmaqla yanaşı, zəif tərəflərimizi, məğlub durumumuzun səbəblərini çözməyəçalışmalıyıq: "Ümumiyyətlə işğal olunmuştorpaqlar, xüsusilə də ən böyük itkimiz olan Şuşanın işğalı problemi bayağı,ah-uf şəklində deyil, həm obyektiv kritik, həm də sağlam vətənpərvərlik ruhundaöyrənilməlidir.Məsələn, biz zəif millət olduğumuzu deməkdən çəkinməməliyik,daha doğrusu, bu məsələdə hansı məqamlardasa zəiflik göstərməyimizi etirafetməliyik. Amma eyni zamanda Şuşanın işğalı vaxtı, səhv etmirəmsə 200-ə yaxınazərbaycanlının döyüşlərdə həlak olmasını da təbliğ etməliyik və deməlyik.Torpaqlarımızheç də bütün hallarda döyüşsüz işğal olunmayb.Bu məqamı unutmamalıyıq."