adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Mart 2024 14:36
973
HADİSƏ

İşğaldan azad olunan ərazilərdə ötən həftə 33 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik (18.03.2024 və 24.03.2024) məlumat yayıb.

Qurumundan Adalet.az-a bildirilib ki, azad olunan ərazilərdə 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.