İşə düzəltmək adı altında 100-dən çox vətəndaşı aldatdılar - VİDEO
Xəzər Rayon Polis İdarəsinə paytaxt ərazisində müxtəlif vaxtlarda 100 nəfərdən artıq şəxsin aldadılaraq külli miqdarda maddi vəsaitlərinin mənimsənilməsi barədə şikayətlər daxil olub.
DİN-dən Adalet.az-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
Digər Xəbərlər
27 Iyul 2026 17:22
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
27 Iyul 2026 12:56
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi
27 Iyul 2026 10:45
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
25 Iyul 2026 16:36
Polis axtarışda olan 106 nəfəri tutdu
22 Iyul 2026 18:00
Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən gənc saxlanıldı - VİDEO
20 Iyul 2026 10:30
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
18 Iyul 2026 18:47
1 tondan çox çətənə kolu məhv edildi
16 Iyul 2026 18:10


Bakı -°C

