İşdən qanunsuz çıxarılan 48 nəfər əvvəlki işlərinə bərpa edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 349 334 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Adalet.az xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Digər Xəbərlər

"Bu qanunun yenidən işlənib qəbul olunmasına ehtiyac var" - Komitə sədri

Onların da tibbi xərcləri sığorta ilə qarşılanacaq

Prezident 4 kəndin sakinləri ilə görüşdü - FOTOLAR

Prezident Badara kəndində olub - FOTOLAR

“YAŞAT” Fondu tələbə adını qazanan şəhid övladlarına mükafat təqdim etdi

İlham Əliyev Xocalının Seyidbəyli kəndində olub - FOTOLAR

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT
