adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Mart 2021 15:52
30920
DÜNYA

İrəvanda müxalifətin mitinqi keçirilir

Ermənistan müxalifətinin birləşdiyi “Vətənin qurtuluşu hərəkatı” yenidən İrəvanda mitinqə başlayıb.
Azvision.az xəbər verir ki, mitinq İrəvanın mərkəzindəki Baqramyan-Dəmirçiyan küçələrində keçirilir.

Hərəkatın yaydığı müraciətdə qeyd edilib ki, uzun müddətdir müxtəlif etiraz aksiyaları, vətəndaş itaətsizliyi, mitinqlər və digər siyasi yollarla ölkəni fəlakətə sürükləyən hakimiyyətə qarşı mübarizə aparılır: "Bu müddət ərzində baş nazir kürsüsündən ayrılmaq istəməyən şəxsin istefası tələbi ətrafında geniş ictimai konsolidasiya qurmağı bacardıq".

Diqqətə çatdırılıb ki, yeni siyasi aksiyalar dalğasına başlamaq, ictimai təzyiqi davam etdirmək və hərəkatın sonrakı addımlarını koordinasiya etmək üçün Dəmirçyan küçəsindəki çadır düşərgəsi hərəkatın qərargahı elan edilib.

Bundan başqa, müxalifət birliyi vətəndaşların narahatlığını aradan qaldıraraq Baqramyan prospekti boyunca sərbəst hərəkəti bərpa etməyi qərara alıb.