adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Yanvar 2020 17:16
15763
MƏMLƏKƏT

“İrəli” İB gəncləri Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir

"İrəli” İctimai Birliyi gənclərin sosial sahədə fəallığının,beynəlxalq layihələrdə iştirakla bağlı təcrübələrinin artırılması, onların beynəlxalqproqramlar, layihələr haqqında daha geniş məlumat əldə etməsi üçün beynəlxalqqurumlarla uğurlu əməkdaşlıqlar yaradır.

Birliyin Türkiyənin"FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində gənc fəalları, birliyə üzvolan gənclər davamlı olaraq Türkiyənin Trabzon şəhərindəkeçirilən mübadilə proqramında (Revival of Cultural Arts )iştirak edir.

Layihənin mövzusu müasirləşən dünyada qədim incəsənət mədəniyyəti nümunlərinin öz tarixiliyini qoruyubsaxlamasına dəstək olmaq, qədim bir tarixə dayanan yorğançılıq, xalçaçılıq,dulusçuluq, zərgərlik kimi əmək nümunələrinin yaddan çıxmaması, bu sənətlərinmüasir dövrdə də yaşamasına nail olmaqdır. Layihə çərçivəsində yerli nümayəndələrilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkilolunub.

"İrəli” İctimai Birliyininbeynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Birliyinin gənc fəalları Azərbaycanınmədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizilayihə iştirakçılarına təqdim etməklə yanaşı,tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər. Mübadiləproqramında 5 ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan vəPortuqaliyadan ümumilikdə 50-dən çox gənc iştirak edir.