İranın siyasi xətti və Tehrandakı “Şuşi”, "Badukubə", "Salyan", "Gəncə", "Şamaxı" küçələri

“Şuşa” adının İranda “Şuşi” kimi qeyd edilməsi yeni xəbər deyil. Bu olay 2021-ci ilin noyabrında Azərbaycan mətbuatında geniş şəkildə öz əksini tapmışdı.
Adalet.az xəbər verir ki, bu İran İslam Respublikasının Azərbaycanla diplomatikvə dostluq münasibətlərinə və Azərbaycan ictimaiyyətinə qarşı etdiyi ilkhörmətsizlik deyil. Hələ ötən il Tehran Şəhər Şurasının qərarı ilə İranpaytaxtındakı 38 parkın və küçənin adı dəyişdirilib ki, bunun da müəyyən qədəri sırf Azərbaycana məxsus ərazilərin təhrif olunmuş adları ilə bağlıdır. Məsələn...
1.Pənah Xiyabanı küçəsi "Nardaran Xiyabanı" (Şəhər Şurasının açıqlaması:“Nardaran Bakı yaxınlığındakı bir kənd, İranda təhsil almış Tale Bağırzadənin doğulduğu yerdir"),
2.Bəradəran küçəsinin adı dəyişdirilərək "Badukubə", qoyulub. Tehran Şəhər Şurası Azərbaycanın paytaxtını "Badukubə" adlandırmaqla rəsmi Bakıya paytaxtımızın adının arxaik, fars dilindəki deyimi ilə ad dəyişdirməklə "tariximesaj" vermək qərarında olduğunu gizlətmir.
3. Küçələrdən birinə isə "Arran" adı verən İran paytaxtında Yas küçəsinin adını dəyişərək "Salyan", Ehteşam küçəsinin isə adını "Lənkəran" qoyub. Qeyd edək ki, burda əvvəlcədən "Gəncə", "Şamaxı" , Nizami Gəncəvi küçələri də var idi.
4.Gələk “Şuşi” məsələsinə.... Şəhərdəki Məryəm küçəsinin adı isə artıq "Şuşi"dir.Şuşa yox, məhz "Şuşi".Tehran Şəhər Şurası Azərbaycanın mədəniyyət beşiyini, erməni işğalından azad edilmiş şəhəri ermənilərin təbirincə "Şuşi" adlandırmaqla kifayətlənməyərək "bu şəhərdə İran şahı Ağa Məhəmməd Şah Qacar xaincəsinə qətlə yetirilmişdi" bəyanatını verib. (Ordan bir nəfər də olsa savadlı adamtapılmayıb ki, soruşsun ki, İran şahı Ağa Məhəmməd Şah Qacar Şuşada nə gəzirdi ki, başı da kəsilsin... İşğalçının başını heç yerdə sığallamırlar.)
Yadımdan çıxmamış qeyd edim ki, iranlı ermənilər Rostom Voskanyan və VardanHovannisyanın da adları küçələrə verilib.
P.S.2019-cu ildə İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdi. O iddia etdi ki, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisini nəzərdə tutur) itirib. Ruhani bəyan etmişdi ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar. Ruhaninin bu fikirləri həm Güney, həm də Quzey Azərbaycanda etirazla qarşılandı.
Bu ideya İran Prezidenti Həsən Ruhaniyə məxsus deyil. İranı idarə edən bütün prezidentlərin qayəsi məhz Ruhaninin qayəsində fərqlənməyib. Deməli, İİR siyasixətti məhz budur. Daha bir fakt: 2009-cu ildə İran 300 milyon dollar vəsait ayırdıki, Ermənistan Mehri SES-i tiksin. O zamanlar ABŞ-ın İrana sanksiyaları daqüvvədə idi. Buna görə erməni bankları İranın hədiyyə etdiyi 300 milyon dollarıgötürə bilmədilər. O zaman Mahmud Əhmədinejad bildirdi ki, pulu kisə iləgöndərəcək.
Sonda bunu da qeyd edim ki, fars sevdalılarına qapaq olsun: 2001-2002-ci illərdə İrana məxsus hərbi təyyarələri tez-tez Azərbaycanın hava sərhədlərini pozur, gəmilərdən isə Araz-Alov-Şərq yataqlarına yaxınlaşan neftçiləri atəşə tutulurdu. Yalnız 2002-ci ildə Türkiyə hərbi hava qüvvələrinə məxsus F-17 qırıcılarının dəstək məqsədilə Azərbaycanın səmasında uçuş keçirməsindən sonra İran avantürist hərəkətlərini dayandırmalı oldu.
Əgər bilmək istəyirsinizsə ki, İran niyə hər zaman Azərbaycana qarşı nifrət bəsləyib, bu tarixi faktları unutmayın!
Əntiqə Rəşid
Digər Xəbərlər

Tramp İlham Əliyev və Nikol Paşinyanla görüşündən VİDEO YAYIMLADI

NATO Azərbaycan və Ermənistanla sıx əməkdaşlığı davam etdirəcək

Vilayət Eyvazov Rusiyadakı iclasda iştirakdan İMTİNA ETDİ

Kavelaşvili: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə davam edəcəyik

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik - Ərdoğan

Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannaməni müzakirə etdi

"Bakı Ermənistan Konstitusiyasından düzəlişlər gözləyir" - Elçin Əmirbəyov
