ABŞ bombardmançı təyyarələri Rusiya sərhədi yaxınlığında

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçin Rusiya sərhədi yaxınlığında yerləşən Örland aviabazasına çatıb.
Adalet.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) rəsmi saytında məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançıları Avropada təyyarələrin növbəti yerləşdirilməsində iştirak etmək üçün avqustun 9-da Texasdakı Dayss aviabazasından Norveçin Örland aviabazasına gəliblər”, - bəyanatda deyilir.
“B-1B Lancer” (“Rockwell B-1 Lancer”) ABŞ-nin ox formalı qanadları olan səsdən sürətli strateji bombardmançı təyyarəsidir. Təyyarə ötən əsrin 70-80-ci illərində “Rockwell International” şirkəti tərəfindən hazırlanıb. 27 iyul 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır.
Digər Xəbərlər

Putin və Kim Çen In müzakirə APARDI

Lavrov və Rubionun telefon danışığı oldu

Türkiyənin dörd vilayətində meşə yanır

Cənubi Koreyanın keçmiş birinci xanımının həbsinə order verildi

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır

Ərdoğan Kavelaşvili ilə hərbi sahədə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

Pezeşkian Ermənistana üç günlük səfər edəcək
