"Bakı Ermənistan Konstitusiyasından düzəlişlər gözləyir" - Elçin Əmirbəyov

"Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir".
Adalet.az xəbər verir ki, bunu "NE Global" nəşrinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
"Sənədin Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı müddəası bu sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyini tanıyır. Başqa sözlə, bunun mümkün olması üçün Bakı Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması üçün Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini gözləyir", - o qeyd edib.
Digər Xəbərlər

NATO Azərbaycan və Ermənistanla sıx əməkdaşlığı davam etdirəcək

Vilayət Eyvazov Rusiyadakı iclasda iştirakdan İMTİNA ETDİ

Kavelaşvili: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə davam edəcəyik

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik - Ərdoğan

Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannaməni müzakirə etdi

Dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar

Bayram Beqay İlham Əliyevə zəng etdi
