adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2022 11:30
630
DÜNYA

İranın hədəsi, Nensinin dəstəyi, Hindistanın silahı generalı "cəsarətləndirdi": "Azərbaycana hücum edəcəyik"

Ötən gün Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri Qeqarkunik vilayətinə gediblər.

Geqarkunikdə onlara guya Azərbaycan silahlı qüvvələrinin dinc yaşayış məntəqələrini hədəfə almasının nəticələri göstərilib.

Adalet.az newsarmenia.am-a istinadən xəbər verir ki, sonra həmin nümayəndələri və səfirləri ətraflı məlumatlandırmaq üçün brifinq keçirilib.

Sərhəddəki vəziyyətlə bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan açıqlama verərək absurd fikirlər səsləndirib. Martikyan xalqına məxsus uydurma, iftira, böhtan xarakterli məlumatlarla Azərbaycanı növbəti dəfə gözdən salmağa çalışıb.

Ermenistan'da akredite olan diplomatik misyon temsilcileri Geğarkunik eyaletini ziyaret etti 

Brifinq zamanı jurnalistlərin suallarını cavablandıran erməni general Azərbaycan Vardenis istiqamətində strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bildiyini, ən böyük ərazi itkiləri Cermuk istiqamətində olduğunu iddia edib.
General səfirləri bilgiləndirmək üçün , eyni zamanda diqqəti dinc əhalinin təhlükəsizliyinə yönləndirmək üçün xislətlərindəki olan yalandan kifayət qədər yararlana bilib.O deyib:” İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir”.

 

 


Erməni general xarici ölkə diplomatlarının ürəyini yumşaltmaq üçün özünü məzlum , əzilmiş durumda da göstərməyi unutmayıb:” Hazırki vəziyyətdə düşmən yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib”.


Nəhayət bir jurnalistin “hansı cavab addımları atılacaq” sualı Martikyanı əməllicə coşdurub. O qeyzlə, həmçinin rəsmi şəkildə bildirib ki, əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur: "Ermənistan Silahlı Qüvvələri yeni hücum gözləyir və Azərbaycan qüvvələri ilə üz-üzə gəlməyə və onları məğlub etməyə hazırlaşır"


Qeyd edək ki, Martikyan 2021-ci il avqustun 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsindən azad edilərək, bu ilin yanvarında Baş Qərargah rəisinin müavini təyin edilib.

Xatırladaq ki, 44 günlük müharibə zamanı hərbi mənbələrdəki məlumata görə, A.Martikyanın "Harop" kamikadze dronu vasitəsilə dəqiq şəkildə vurulduğu deyilirdi . Hətta hərbi ekspertlərdən biri iddia edirdi ki, A. Martikyan ölüb, ən yaxşı halda isə ölümcül vəziyyətdədir. Ermənistan rəhbərliyi bununla bağlı cəmiyyətə açıqlama verə bilmir.
Təəssüf ki, məlumat yalan çıxdı.

 

P.S. İran generalı M. Baqiri açıq şəkildə Azərbaycanı hədələdikdən,   ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosi Ermənistanı dəstəklədikdən, Hindistan Ermənistana 270 milyon dollar məblğində silah və hərbi texnika satdığını bəyan etdikdən sonra mənfur ermənilər çox ürəkləniblər! Yəqin ki, Azərbaycan ordusu növbəti dəfə də  "ürəklənmiş çaqqalları" yerində oturtmağı bacaraq. Allah Ordumuzu qorusun!

Əntiqə Rəşid