adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Oktyabr 2019 14:45
54903
MƏDƏNİYYƏT

İranın "Bob Dilan"ı

Dünyanın böyük diqqətini cəlb edən,Azərbaycanda da azlıq təşkil etsə də, bir qrup insanlar tərəfindən dinlənilən,sevilən, İranın "Bob Dilanı” olaraq çağırılan Mohsen Namjoo haqqında uzun müddətdir yazmaq istəyirəm.

O, şair, musiqiçi və setarçalğıçısı Namjoo milli İran musiqisini modern instrumentlərlə birləşdiribfərqli sintezlər çıxarır. Mahnılarını Mövlanənin, Firidun Attarın, Baba TahirÜryanın, Sədi Şirazinin şeirlərinə bəstələyir.

Milli adət-ənənələrə sadiq birailədə böyüyən Namjoonun 2000-ci illərin əvvələrində üzə çıxardığı mahnılarıçox bəyənildi və Tehran konsertlər verməyə başladı. Yeraltı musiqiçilərə dəstəkverən bir jurnal tərəfindən mükafatlandırılıdı. 2009-cu ilin iyul ayında "Şəms”adlı mahnısında Quran ayələrindən istifadə edib. İran qanunlarında Quranayələrinin musiqi müşayiətilə oxunması qadağan olunduğuna görə, "Quranıqaralama” maddəsi ilə günahlandırılaraq 5 illik azadlıqdan məhrum edilib.

Namjo oxuduğu Ulduz TexnikiUniversitetində memarlıq ixtisasını yarımçıq qoyub Berklee musiqi kollecinəgedir və oranı bitirir. Klassik İran musiqisini öyrənəndən sonra öz musiqisiniyaratmağa başlayır. Rok və caz musiqisini modern üsullarla birləşdirən tərziilə İranda böyük maraq cəlb edir. Amma onun bu tərzi müəyyən qrup insanlartərəfindən yaxşı qarşılanmır, o, bəzi embarqolarla üz-üzə qalır, ammasənətindən, üslubundan əlini üzmür. O, bu fərqliliyi ucbatından universitetdənqovulmuşdu.

İranda hələ də onun albomlarınınsatılması və ya dinlənməsi qadağadır. Bu, rəsmi olaraq cinayətdir. Sözsüz ki,bütün bunlar onun xaricdə yaşamağını da çətinləşdirib. Bir konsertindən onudinləməyə gələn iranlı tamaşaçıya niyə ingiliscə danışdığını açıqlayarkən"farscanı unuduram” cavabını vermişdi.

Onun ən çox səs-küy yaradan əsərişübhəsiz ki "Ey Sareban”dır. Farscadan "dünyaye-fani” deyimi, bizimmusiqilərimizdə sıx-sıx rastlaşdığımız "fani dünya” sözü ilə eynidir.

Mən Mohsenin "Toranj” mahnısını çoxsevirəm. Sözləri Mövlanənindir. "Nuh da sənsən, ruh da sən. Açılan da sənsən,açan da sən. Mənə sirlər qapısında yarılıb açılan könül də sənsən, nur da sən.Toy-düyün də sənsən, dövlət də sənsən, məni dimdiyi ilə yaralayan Tur dağındakıquş da sən.

Musiqinin və sənətçininbəhrələndiyi şeyin savaş və ya siyasət deyil, öz iç dünyası olmalıdır deyənNamjo öz yazdığı mahnılarda isə bundan qabaq heç işlənməmiş bir dildən istifadəedir. Həmişə sınanılmamışları sınamaq istəyən və bütün sənətçilərin də bunuetməsinin vacib olduğunu deyən sənətçi 2016-cı ildə çıxardığı son albomundakı"Mojir” adlı mahnısında 9 yaşında olarkən vəfat edən babası ilə duet edib.Mahnının sonunda eşidilən səs onun xərçəng xəstəsi olan babasına aiddir.Qardaşı ilə birlikdə "Mücir” duasını oxuyarkən babasının səsini lentə yazıb. Busəsyazmanı illər sonra mahnısında istifadə edərək babasının ruhunu şad etməkistədiyini deyib.

Mohsen yaşadığı bütün çətinlikləri belə ifadə edib:

- Banksy kimi bir sənətçi olmaq istəyərdim,gözəgörünməz olub öz musiqimi bəstəmək üçün…

Banksy - İngiltərədə anonim şəkildə küçə sənətçiliyi ilə məşğul olan, siyasi aktivist biridir. Onu əsasən küçə divarlarındakı graffiti rəsmləri iıə tanıyırlar. Anonimdir, üzünü heç kim görməyib.