İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi
İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası "türk sözünün yaratdığı həssaslıqlar" səbəbilə buraxılıb.
Adalet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqda rdeyib.
O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq:
"Bilmirəm, "türkdillilər" sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar".
Qeyd edək ki, İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdu.
Digər Xəbərlər
20 Sentyabr 2024 17:09
Kərim Vəliyev NATO Müdafiə Kollecini ziyarət edib
20 Sentyabr 2024 16:59Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 2024 16:51İlham Əliyev onları təltif etdi
20 Sentyabr 2024 16:45QAİ bəyanat yaydı
20 Sentyabr 2024 15:02