Kərim Vəliyev NATO Müdafiə Kollecini ziyarət edib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev kollecin komandanı general-leytenant Maks Nielsenlə görüşüb:
"Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb. Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılmış şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib. Sonda general-polkovnik K.Vəliyev NATO-nun “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində xidmət edən, həmçinin "NATO regional əməkdaşlıq kursu"nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
20 Sentyabr 2026 13:38
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
19 Sentyabr 2026 11:47
“Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər”
19 Sentyabr 2026 11:47


Bakı -°C

