Devid Lemmini Erik Adamsın taleyi gözləyirmi? - Ermənilər artıq "hücum"a keçdi
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Azərbaycanın 1990-cı illərdə itirdiyi torpaqları azad etdiyini” bəyan edib və bunu Ukraynanın Rusiyaya qarşı mübarizəsi ilə müqayisə etməsi Ermənistanda hiddətlə qarşılanıb.
Nazir bu barədə Substack.com platformasında dərc olunan “Birləşmiş Krallıq və ABŞ, Ukrayna üçün birləşdi ” başlıqlı məqaləsində yazıb .
“Kiyevdə insanlar Ukrayna kimliyi ilə fəxr edirlər. Avropanın qalan hissəsinə yaxın olmaq istəyi hamıya aydın idi. Və Aİ-yə üzvlük danışıqlarının başlaması ilə bu əlaqələr daha da güclənir.
Eyni təsir Rusiyanın qonşuları arasında da nəzərə çarpır. Mərkəzi Asiya dövlətləri getdikcə şərqə və cənuba baxırlar. Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi torpaqları azad edə bildi. Gürcüstan və Moldova NATO və Aİ ilə əməkdaşlıq edir”, - Lemmi yazıb.
Hazırda bütün dünyanın “yetim və məzlum ” kimi qayğı və nəvazişə bürüdüyü ermənilər mötəbər bir siyasət adamından gələn zərbə təsiri bağışlayıb. Elə ermənipərəst və himayədarların da Cənab Demminin açıqlamasından sonra qəzəbləndiyini anlamaq çətin deyil.
Təcrübələrdən məlumdur ki, erməni lobbisi bu məsələni belə qoymayacaq .
Xatırlayırsınızsa 2020-ci il idi. Nyu-Yorkun Bruklin şəhərinin rəhbəri Erik Adams Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzaladı. Bəyannamədə Erik Adams Azərbaycanın ABŞ-dakı səfirliyinə Bruklində Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümün tanınması və qeyd olunmasına qoşulduğunu bildirdi.
Həm də “Türkiyənin dostu” ünvanını almış Erik Adams hazırda guya 1993-cü ildə bir qadına təcavüz etdiyi və rüşvətlə bağlı iddialarla gündəmdədir. Haqqında istintaq araşdırması başlanılıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Sentyabr 2026 13:21
Prezident Hakan Fidanı qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 13:08
Əziz Səncər İlham Əliyevə təşəkkür etdi
15 Sentyabr 2026 12:45
Hakan Fidan Bakıda - YENİLƏNİB + FOTO
15 Sentyabr 2026 12:39
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 12:00
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43


Bakı -°C

