İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alındı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan 8 kiloqramdan artıq heroin və tiryək, eləcə də 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri “Baba” şərti adlı İran sakininin vasitəsi ilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, K.Muradlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO

Şamaxıda kürəkən qayınatasını öldürdü - YENİLƏNİB

Polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi

Masallıda baş verən cinayət işinin motivi məlum olub - YENİLƏNİB

"Rus dili tədris edən qardaşım Rusiyada cinayətkarcasına qətlə yetirildi" - Seyfəddin Hüseynli

Yazıçılar Birliyindən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya MÜRACİƏT

OMON-çular daha bir azərbaycanlını öldürüb
