İrandan Azərbaycana keçən yük maşınında qumbara aşkarlandı
İrandan Azərbaycana qumbara keçirmək istəyən şəxs sərhəddə yaxalanıb.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.
Yoxlama zamanı, Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "KamAZ" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53