adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Oktyabr 2018 18:56
11732
DÜNYA

İranda qum fırtınası - 145 nəfər xəsarət aldı

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində 140-dan çox şəxs xəsarət alıb.

Adalet.az-ın məlumatına görə, 145 sakin tənəffüs, ürək və görmə problemləri ilə təcili yardıma müraciət edib. Onlardan 27-si xəstəxanaya yerləşdirilib.

Qum fırtınası zamanı küləyin sürəti saatda 104 kilometrə çatıb.

Bölgə rəhbərliyi xəstə və yaşlı sakinləri evdən çıxmamağa çağırıb.