İranda daha 92 nəfər epidemiyadan ölüb
İranda ötən sutka ərzində koronavirus (COVID-19) nəticəsində 92 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Adalet.az-a nazirliyə istinadən məlumat verib.
K.Cahanpurun sözlərinə görə, ümumilikdə bu günədək (16 aprel) İranda koronavirusdan 4 869 nəfər ölüb.
Nazirlik rəsmisi deyib ki, ötən sutka ərzində daha 1 606 nəfərin virusa yoluxması və ümumilikdə yoluxanların sayının 77 995 nəfərə çatması təsdiqlənib. Onlardan 3 594 nəfərin vəziyyəti ağırdır.
Cahanpur indiyədək İranda 52 229 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 310 mindən çox test aparılıb.