adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2019 15:24
60125
ƏDƏBİYYAT

İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı

( təhlil)

Məlumdur ki, XXəsrin birinci yarısında İran ərazisində dörd böyük inqilab baş vermişdir ki,onların da üçü (1905-1911-ci illər-Məşrutə inqilabı, 1918-1920-ci illər-Şeyx MəhəmmədXiyabani hərəkatı, 1941-1946-cı illər hərəkatı-"21 Azər” hərəkatı) bilavasitəAzərbaycan türklərinin adı ilə bağlıdır. Dördüncü inqilab isə 1978-1979-cu illəriəhatə edir. Bu inqilab Pəhləvilərin hakimiyyətinə qarşı çevrilmiş vəburada daaparıcı qüvvə yenə də Azərbaycan türklərinə məxsusdur.

İranda 40milyondan çox azərbaycan türkünün məsələsi həmişə Güzey Azərbaycan ədəbiyyatındavə tarixində öz aktuallığını saxlamış, bu gün də bu aktuallıq qalmaqda davamedir.

Güney Azərbaycanın1941-1946-cı illərin tarixi hadisələrindən bir o qədər də vaxt keçməyib. Lakinbu keçən dövr ərzində problemlə bağlı yazılmış əsərlərin elmi təhlilininaparılması vaxtı çatdığı qənayətindəyik.

Müasir Azərbaycan tarix elmində Güneydə baş vermiş1941-1946-cı illər milli-azadlıq mübarizəs (bəzi hallarda bu hərəkata "21 Azər”hərəkatıda deyilir) ilə bağlı, sayı bir o qədər də çox omayantədqiqat əsərləriyazılıb. Bu tədqiqatların əsas istiqaməti "21 Azər” hərəkatının yaranma səbəblərini,onun ayrı-ayrı mərhələlərində görülən işlərin əhəmiyyətini, eləcə də bu hərəkatınsüqutunun səbəblərini araşdırılmasına yönəlib. Onu da qeyd etmək lazımdır ki, bəhsolunan "Hərəkatı”nmüasir Azərbaycan tarix elmində tədqiq olunmasını da yetərlihesab etmək olmaz.

Güney Azərbaycanda1941-1946-cı illər milli-azadlıq hərəkatına obyektiv və düzgün qiymətin verilməsi,əsasən Azərbaycan tarixçilərinə və həmin hadisələrin, bilavasitəiştirakçılarına məxsus olduğu qeyd olunmalıdır. Sovet ideoloji sisteminin təzyiqlərinəbaxmayaraq, onlar "21 Azər” hərəkatının baş vermə səbəblərini, onunmilliliyini, tarixi əhəmiyyətini daha çox başa düşmüş və dəyərləndirmişdilər.

Qeyd edək ki,problemə müraciət edənlərin böyük bir qismi, əsasən "21 Azər” hərəkatındaiştirak etmiş güneyli soydaşlarımızdır. Bu da təbii qarşılanmalıdır. Çünki "21Azər” hərəkatının sağ qalan iştirakçıları və şahidləri hadisələri daha dolğun vəobyektiv şərh etmək imkanına malikdirlər.

Sovet dönəmində1941-1946-cı illərin milli-azadlıq hərəkatının tarixinə "formaca milli, məzmuncasosialist” prinsipinə əməl etməklə elmi-tədqiqat əsərləri yazılmışdır. Sovettarixçilərinin əsərlərinin, demək olar ki, hamısında "SSRİ-nin yardımı iləbaşalanan hərəkat”, "Sovet dövlətinin diqtəsi ilə fəaliyyət göstərən hökumət”, "sovet dövlətinin yardımının kəsilməsi ilə məğlubolan hərəkat” və s. bu kimi fikirlər əsas xətti təşkil etmişdir.

Sovet ideolojisisteminin sərt senzurası altında Güney Azərbaycandakı milli-azadlıq hərəkatındanbəhs edən tarixçi üçün obyektiv elmi-tədqiqat əsəri yazmaq nəinki çətin idi,ümumiyyətlə mümkün deyildi. Olsa-olsa, yalnız problem haqqında müəyyən olunmuş"qırmızı xətt”ə qədər yazmaq olardı.Ondan o yana keçmək olmazdı. Düzdür, hərdən bir Şimali Azərbaycanda yaşayangüneyli soydaşlarımız yazmış olduqları məqalələrində tarixi həqiqətləri olduğukimi tərənnüm etməyə çalışmışdılar. Buna misal olaraq, Sovet hakimiyyətidövründə 1946-1947-ci illərdə nəşr olunan və Azərbaycan sovet Yazıçıları İttifaqınınbədii ədəbiyyat, icəsənət və ictimai-siyasi məcmuəsi olan "İnqilab və mədəniyyət”jurnalının ayrı-ayrı saylarında "21 Azər” hərəkatına aid məqalə, hekayə vəşeirlərin çap olunduğunu qeyd etmək olar. "İnqilab və mədəniyyət” jurnalınınbir neçə sayında Mirzə İbrahimovun "Cənub hekayələri” adı altında 1941-1946-cıillər hərəkatına aid sil-silə hekayələri çap olunmuşdur.

Ümumiyyətlə,problemlə bağlı sovet dövründə yazılmış əsərlərdən M.İbrahimovun "Cənubi Azərbaycandamilli-demokratik hərəkat haqqında” məqaləsini, H.M.Həsənovun "Cənubi Azərbaycanda milli-demokratikhərəkat (1941-1946-cı illər)” (bu əsər H.M.Həsənov tərəfindən 1970-ci illərdədoktorluq işi kimi yazılmış, amma müdafiə olunmamış və nəticədə işıq üzü görməmişdir.Əsər yalnız 2004-cü ildə çap olunmuşdur), Z.Z.Abdullayev və N.M.Aqasinin birgəyazdıqları "Müasir İran”, C.X.Hacıyevin1949-cu ildə yazmış olduğu "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıqideyaları (1905-1946-cı illər)” adlıdoktorluq dissertasiyasını” və s. göstərmək olar.

Mirzə İbrahimov "Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında”adlı məqaləsində Azərbaycan xalqının azadlıq mübarizəsinə işarə edərək yazırdı:"Bütün dünya gördü ki, əsrlər boyu davam etmiş ağır tarixi şəraitə, coğrafi vəsiyasi vəziyyətinin törətdiyi böyük əngəllərə və məruz qaldığı istibdad və əsarətəbaxmayaraq bu xalq əsrin mədəni və azad xalqları sırasına çıxmağa can atır.Bundan əlavə, təcrübə göstərdi ki, demokratik hərəkatın həqiqətə çevirmək istədiyiqayə və məqsədlər ictimai varlıq və nəzəriyyəçinin xülysı deyildir. Onların həyatakeçirilməsi üçün cəmiyyətin özündə maddi və mənəvi imkanlar yetişmilşdir. Obiri tərəfdən demokratik hərəkatın irəli sürdüyü məsələlər yalnız bugünki həyatınyetişdirdiyi məsələlər deyildir. Onları Azərbaycan xalqının bütün tarixi inkişafıhazırlamışdır”. Bu fikirlər İranda Azərbaycan türklərinin apardığımilli-azadlıq hərəkatının əsas səbəblərini özüdə əks etdirir.

Məlumdur ki, Cənubi Azərbaycanda başlanan milli-azadlıq hərəkatı(1941-1946-cı illər) İran dövlətindən ayrılıb müstəqil dövlət qurmaq deyil, İranıntərkibində muxtar özünüidarəetmə hüququnu əldə etməkdən ibarət olmuşdur.

M.İbrahimov Güneydəki Milli hökumətin süqutunda Sovet hökumətinigünahlandırmamış, əsas diqqəti İranın fars rejiminə yaxından köməklik edən ABŞvə İngilis hökumətlərinə yönəltmişdir. Əlbəttə, sovet rejimində yaşayıb yaradaninsanlar başqa cür yaza bilməzdilər.

Azərbaycansovet tarixçilərindən Z.Z.Abdullayevlə N.M.Aqasinin birgə yazmış olduqları"Müasir İran” adlı əsərdə, müəlliflər İranın yaxın keçmişi və xüsusən, onunictimai-iqtisadi vəziyyəti haqqında ümumi məlumat verməyi qarşılarına məqsədqoymuşdular. Bu əsərdə tədqiq olunan problemlə bağlı müəyyən məlumatlar əldəetmək mümkündür. Bu məlumatlar Güney Azərbaycandakı 1941-1946-cı illərinmilli-azadlıq hərəkatı haqqında deyil, həmin dövrdə baş vermiş hadisələrəümumiran kontekstindən yanaşıldığını görmək mümkündür. Müəlliflər Güney Azərbaycandamilli-azadlıq hərəkatını İranda milli-azadlıq hərəkatı kimi göstərmiş və bu hərəkatınsəbəblərini "Sovet İttifaqının Böyük Vətən müharibəsi cəbhələrində əldə etdiyitarixi qələbələrlə və faşizmin darmadağın edilməsi nəticəsində Avropada xalqdemokratik dövlətlərinin yaranması ilə, Uzaq Şərqdə və Cənub-Şərqi Asiyadaimperializmə qarşı milli-azadlıq hərəkatının yeni yüksəlişi” ilə əlaqələndirmişdilər.

Bununla belə, əsərdə1945-ci ilin sonunda Güney Azərbaycanda yaranmış milli hökumətlər İran daxilindəmuxtariyyət haqqında xalqın iradəsini həyata keçirdiyi və ölkədə demokratikqüvvələrin rəğbətini qazandığı göstərilimişdi. Əsərdə İran Azərbaycanında millihökumətin həyata keçirmiş olduğu siyasi, iqtisadi və mədəni tədbirlərdən genişbəhs olunmasa da, hər halda, ümumi formada olsa da, burada siyasi, iqtisadi vəmədəni tədbirlər həyata keçirildiyi, bu inqilabin təsiri bütün İranda əks-sədatapdığı göstərilmişdi. Daha sonra müəlliflər, bu dövrdə milli-azadlıq və fəhləhərəkatının S.C.Pişəvəri, M.Qazi və R.Rusta kimi siyasi liderləri yetişərəkbütün ölkədə kütlələrin hörmətini qazanmış olduqlarını yazmışdılar.

Əsərdə Güney Azərbaycandamilli-azadlıq hərəkatının məğlub olma səbəbini İran hökumətinə ABŞ-ın köməyi iləəlaqələndirilmişdi. Əsərdə qeyd olunurdu ki, ABŞ-ın bilavasitə köməyinəarxalanaraq, İran hökuməti 1946-cı ilindekabr ayında bütün ölkədə demokratik və azadlıq hərəkatının ön cəbhəsinəçevrilmiş İran Azərbaycanına qoşun yeritdi, buradakı demokratik qüvvələrə qarşıqırğın başlandı. Buradan göründüyükimi, Z.Z.Abdullayevlə N.M.Aqasinin birgə yazmış olduqları əsərdə Güney Azərbaycandamilli-azadlıq hərəkatının boğulmasını ABŞ-ın İran hökumətinə etdiyi köməyi önplana çəkilmiş, SSRİ-nin adı isə çəkilməmişdir. Yalnız əsərin 159-cu səhifəsindəmüəlliflər yazırdılar ki, İkinci dünya müharibəsindən sonrakı ilk illərdə,xüsusən 1946-cı ildə İranda milli-azadlıq, demokratik və fəhlə hərəkatlarıboğulduqdan sonra daxili irtica ilə imperialistlər arasında qüvvətlənmişittifaq şəraitində Sovet-İran əlaqələri xeyli məhdudlaşmışdı. Yuxarıda qeydolunduğu kimi, sovet dönəmində yaşayan və sərt ideoloji sistemin qayda-qanunlarındankənara çıxa bilməyən tarixçilərdən bundan artığını gözləmək mümkünsüzdür.Tarixi sənədlərdən isə məlumdur ki, Sovet dövləti əvvəlcə Güney Azərbaycandakımilli-azadlıq hərəkatına kömək etmiş sonra isə kənara çəkilmişdir (Güney AzərbaycanMilli Hökumətinin süqut etməsinin səbəblərindən biri kimi bu amil əsasdır).

Müasir dövrdə İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı iləbağlı ardıcıl məqalə və kitablar yazan, həmin dövrün hadisələrinin canlı şahidiolmuş Əkrəm Rəhimlinin (Bije) adı xüsusi olaraq qeyd olunmalıdır. Ə.Rəhimli"Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri” adlımonoqrafiyasında S.C.Pişəvərinin həyatı və ictimai-siyasi fəaliyyətindən bəhsetməklə yanaşı, araşdırılan problemin bir çox məqamlarına aydınlıq gətirilməsinəyardımçı olur.

Ümumiyyətlə, S.C.Pişəvərinin həyat və mübarizəsini dərindən öyrənmədən"21 Azər” hərəkatının əsas qayəsinə aydınlıq gətirmək çox çətindir. S.C.Pişəvərininhəyat və mübarizəsinin öyrənilməsi, elə "21 Azər” hərəkatının öyrənilməsi deməkdir.Neçə deyərlər, 1941-1946-cı illərin milli-azadlıq hərəkatı S.C.Pişəvəri iləbirgə doğulmuş və birgə də süqut etmişdir.

Yuxarıda adı çəkilən əsərdə Ə.Rəhimli haqlı olaraq yazır ki, pəhləvilərin"... milli zülmü böyük tarixə və zəngin keçmişə malik olan bir xalqın – Azərbaycantürklərinin bir millət kimi "əridilməsi” cəhdi bu ərazidə yaşayanların mövcudrejim əleyhinə və onun yerlərdəki dövlət strukturlarına qarşı nifrət vəbarışmaz əhvali-ruhiyyə yaratmışdır. Buna göə də müttəfiq qoşunların İran ərazisinəkeçməsi ilə siyasi ab-havada qismən yumuşaqlığın əmələ gəlməsindən istifadə edənAzərbaycandakı milli qüvvələr dirçəlməyə və açıq mübarizə meydanına atılmağaimkan tapdılar”.

Bəzi tarixçilər yazır ki, "21 Azər” hərəkatını yaradan SSRİ dövlətiolmuşdur. Bunu deyən və yazanlar əslində mühüm bir məsələni yaddan çıxardırlarki, əgər millətin iradəsi və onun qabaqcıl ziyalıları olmasaydı, həminziyalılar Vətənin milli-azadlıq mübarizəsinin önündə getməsəydilər, əcabə görəsənSSRİ və ya hansısa başqa bir dövlət Güney Azərbaycanda hansı qüvvəyəarxalanacaqdır.

Ə.Rəhimli "21 Azər”i milli zəmin üzərində yarandığını və XX əsrin əvvəlindəbaş vermiş xalq hərəkatlarının daha geniş, daha əhatəli, daha kəskin davamıkimi qiymətləndirir. "21 Azər” hərəkatını yaradan səbəblər qısa deyilsə,bunlardır: "Pəhləvilər rejiminin Azərbaycan türklərinə qarşı etdiyi zülm,ayrı-seçkilik siyasəti, Azərbaycan sərvətlərinin və gəlirinin böyük bir hissəsininTehrana aparılması, Azərbaycandakı ağır, dözülməz sosial-iqtisadi vəziyyət vəsiyasi-mədəni durum”.

Bununla belə, etiraf olunmalıdır ki, Sovet dövləti özünün siyasi vəiqtisadi mənafeyi naminə Güneydəki milli-azadlıq hərəkatının genişlənməsinə vəsilah-sursat, maddi yardım və s. ilə təmin olunmasına köməklik etmişdir. Bufaktın danılması tarix həqiqətlərin saxtalaşdırılması demək olardı.

Digər bir tarixçi Xaqani Balayev "Cənubi Azərbaycandademokratik hərəkatın (1941-1946-cı illər) məğlubiyyəti: siyasi və geosiyasi səbəblər” adlı əsərində güneydəki inqilabi hadisələrigeniş şərh edir.

Müəllif, Cənubi Azərbaycandakı hərəkat Sovet İttifaqının yardımı iləbaşlayıb və onun tərəfindən himayəolunsa da, bunun üçün əsaslı sosial-iqtisadi və siyasi şəraitin olduğunu göstərir.

M.M.Çeşmazərin "S.C.Pişəvərinin Azərbaycan demokrat partiyasının və Azərbaycanmilli hökumətinin yaranması uğrunda mübarizədə rolu”ndan bəhs edən məqaləsində1941-1945-ci illər inqilabının əsas səbəblərini: 1. İranın siyasi-iqtisadi həyatındaşahlıq rejimi; 2. irticaçı və imperialistpərəst hakimiyyətin siyasəti; 3. hakimdairələrin milli zülmü; 4. Şahlıq rejiminin mövcud irticaçı quruluşu saxlamaq vəmöhkəmləndirmək məqsədilə azadlıq və demokratik hərəkatı boğmağa cəhd göstərməsi;5. "Iranın fəhlə sinfindən, kəndlilərdən, sənətkarlardan və azadxahziyalılardan və onlara mənsub İran xalq partiyasından, İran fəhlə və zəhmətkeşlərhəmkarlar ittifaqında və İran Azadlıq cəbhəsindən ibarət olan demokratik qüvvələriölkədə həqiqi demokratik rejim qurulması və ictimai azadlıqlar uğrunda,diktatorluq, istibdad rejimi və imperializm əleyhinə mübarizə” etmələrindəgörmüşdür.

Məqalədə hadisələr 1946-cı ilin yanvar ayındək(yanvar ayı da daxil olmaqla) davam edir. Ona görə də əsərdə Güney Azərbaycanmilli-azadlıq hərəkatının məğlub olma səbəbləri və Sovet dövlətinin buinqilabda oynadığı rolu haqqında əhatəli bəhs olunmamışdır.

M.Çeşmazərinin əsərini təhlil edərkən belə nəticəyə gəlməyə imkan verirki, GüneyAzərbaycanın azadlıq hərəkatı olduqca qüvvətli olmuş və İran hakim dairələriniqorxuya salmışdır. Xaricdən Sovet hökumətinin siyasi və hərbi yardımlarınabaxmayaraq (M.M.Çeşmazəri bu məsələlərə yer verməmişdir), Güney Azərbaycanınmilli-azadlıq hərəkatı, əsasən qabaqçıl ziyalıların və xalqın qüvvəsinəarxalanmış və ona güvənmişdir.

Qulamrza SəbriTəbrizi "Azərbaycan Milli hərəkatında ana dili faktoru”adlı əsərində haqlı olaraq qeyd edirdi ki, Azərbaycanınparçalanması və millətin böyük bir parçasının İran fars rejiminin əsarətialtında yaşamağa məhkum olunması məsələsi müstəqil Azərbaycan Respublikasındatoplumu düşündürən, ictimai-siyasi düşüncəni narahat edən problemə çevrilməlidir.

H.M.Həsənov da"Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)” adlı əsərindəAzərbaycan xalqının milli-azadlıq mübarizəsinin əsas səbəbləri kimi iqtisadi,siyasi və mənəvi amilləri göstərmişdi. Müəllif demokratik qüvvələrlə irticaqüvvələri arasında mübarizədən xüsusi olaraq bəhs etmişdir. Müəllif İrandakıSovet İttifaqı qoşun kontingentinin rəhbərliyi və digər rəsmlərin təşkil etdiklərimüxtəlif tədbirlər Cənubi azərbaycanlıların siyasi, ictimai, mədəni fəallığınınartmasını stimullaşdırdığını göstərmişdir. H.M.Həsənov qeyd edirdi ki, Rza şahdiktaturası süqut etdikdən sonra ölkədə, xüsusən şimal vilayətlərindədemokratik hərəkat üçün bəzi şərait yaranmışdı. Buna, burada Sovet ordu hissələrininolması da şərait yaratmışdı.

Məhəmmədtağı Zehtabinin "21 Azər hərəkatınınyaranması” adlı məqaləsində bu hərəkatı"ikinci Dünya müharibəsindən sonra ümumən İran azadlıq hərəkatının, xüsusənmilli azadlıq hərəkatının zirvəsi” adlandırmışdır. Onun fikrincə, bu hərəkatheç bir xarici əl vasitəsilə yaranmamışdı, bu hərəkat o dövrdən ictimai hadisələrinqucağında tədriclə, təbii halda və xalq hərəkatının istəyi və iradəsi iləyaranmışdı.

M.Zeytabi İranın, bütün İran millətləri kimi azərbaycanlıların və bütünİran türklərinin də qədimdən vətəni olduğunu göstərməklə yanaşı,başqa İran millətlərikimi azərbaycanlılar və bütün İran türkləri bundan sonra keçmiş kimi hüquqsuzyox, azad, bərabərhüquqlu bir millət kimi varlıq, dil, ədəbiyyat və millixüsusiyyətlərini qorumaqla azad şəkildə İranda yaşayacağını yazmışdı. Müəllif"21 Azər” hərəkatının son hədəfinin İranda azadlıq, demokratiya vəkonstitusiyanı bərqərar etmək olduğunu da göstərmişdi.

Şövkət Tağıyeva "21 Azər Hərəkatı ilə bağlı bəzi mülahizələr” adlı məqaləsindəMilli hökumətin yaradılmasına aparan yolda hərəkata Sovetlərin arxa durduğunuqeyd etmişdir.

Müəllif tərəfindən "... Sovetlərin təklifinə razı olaraq 1945-ci ilinsentyabrında Azərbaycan Demokrat Firqəsini (partiyasını) yaratmaq, Güney Azərbaycandademokratik seçkilər yolu ilə Milli Hökuməti təşkil etmək və Güneydəsosial-iqtisadi, siyasi, mədəni islahatlar və quruculuq işlərinə başlamaqdüzgün seçim və son dərəcə zəruri bir addım” kimi dəyərləndirilmişdi.

Ş.Tağıyeva 1945-1946-cı illərdə Güneydəki hərəkatın dərslərindən bəhsedərkən haqlı olaraq yazırdı ki, 1) Ən mühüm dərs bundan ibarətdir ki, heç vəchlə,heç bir vaxt, heç bir mühüm məsələnin həllində (elə qondarma Qarabağprobleminin özündə olduğu kimi) Moskvaya tam arxalanmaq olmaz; 2) hərəkatdançıxan ikinci mühüm nəticə, zənnimcə, bundan ibarətdir ki, Azərbaycan xalqı öztaleyüklü məsələlərini həll etdikdə quzeyli-güneyli bütün xalqın birliyinəarxalanmalıdır.

Adıgözəl Məmmədov problemləbağlı davamlı olaraq bir neçə məqalə çap etdirmişdi. Həmin məqalələrdə, müəllifRusiya arxiv sənədlərinə istinad etməklə İranda baş vermiş milli-azadlıq hərəkatınıngedişində daha çox SSRİ-nin rolunu qabarıq şərh edir.

Rus tarixçilərindənM.S.İvanovun redaktorluğu altında nəşr olunmuş "İran tarixi” adlı əsərdə ölkədə demokratik hərəkatın dirçəlməsi vəinkişafını faşist Almaniyası ilə əlaqələrin kəsilməsi, Rza şahın taxt-tacdan əlçəkməsi və sovet qoşunlarının İrana daxil olması ilə əlaqələndirilmişdi.

"İran tarixi” əsərini yazan sovet tarixçiləri İranda baş vermiş kütləvinümayişləri az qala SSRİ-nin müdafiəsi üçün baş verdiyini göstərirdilər.Halbuki, İranda baş verən narazılıqlar Rza şah Pəhləvi hökumətinin yürütdüyüdaxili və xarici siyasətə qarşı idi. Bu barədə də məqalənin əvvəlində qeydolunub.

İ.V.Qaydukun "BMT və İran böhranı (1946-cı il)” adlı məqaləsində isə 1946-cı ildə İranda yaranmış böhranıBMT-nin məşğul olduğu ilk böhran adlandırmışdı. Müəllif yazır ki, əgər bumünaqişənin əsas tərəflərindən biri İranın Pəhləvi hökuməti ilə Güneydə qurulanMilli hökumət idisə, digər tərəfini SSRİ, ABŞ və Böyük Britaniyanınmaraqlarının toqquşması tuturdu. Bu üç dövləti Yaxın və Orta Şərqin mühümstrateji əhəmiyyət daşıyan zəngin neft ehtiyatları cəlb edirdi.

Beləliklə,problemlə bağlı yazılmış əsərlərin bir qisminin təhlili onu göstərir ki,1941-1946-cı illərdə İranda milli-azadlıq hərəkatının irəli sürdüyü məsələlər yalnız bugünki həyatın yetişdirdiyi məsələlərdeyil, Azərbaycan xalqının bütün tarixi boyu hazırladığı bir məsələ olmuşdur.

Müasir Azərbaycantarix elmində İranda Azərbaycan türklərinin 1941-1946-cı illər milli-azadlıqmübarizəsi ilə bağlı yazılmış elmi-tədqiqatlar əsərlərində bu hərəkatınayrı-ayrı mərhələlərində görülən işlərin əhəmiyyəti və onun süqutunun səbəblərininaraşdırılması onu göstərir ki, soydaşlarımızın problemləri hələ də həllolunmamış qalır. Bu baxımdan da problemin aktuallığı qalmaqdadır.

Bu gün İrandayaşayan 40 milyondan çox Azərbaycan türkü XXI əsrin əvvəllərində də öz anadilində təhsil ala bilməməsi, dövlət müəssislərində, yazışmalarda və s. münasibətlərdə ana dilindənistifadə edə bilməməsi narahatçılıq doğurmaya bilməz.

Problemintarixşünaslıq baxımından araşdırılması bir daha onu göstərir ki, tədqiq olunanproblemin daha geniş və hər tərəfli araşdırılmasına ehtiyac duyulmaqdadır.

Sonda onu da qeyd etmək lazımdır ki, İranda Azərbaycantürklərinin milli-azadlıq mübarizəsinin məğlubiyyətlə nəticələnməsinəbaxmayaraq, mübarizə bu gün də davam edir.

Vaqif Abışov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

tarix üzrə fəlsəfə doktoru, dosent