adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2020 09:58
36938
GÜNDƏM

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi...

əvəlli burda

Ötən yazımızda son 50 ildə İranın Azərbaycana olanmünasibətini tutarlı dəlillərlə göstərməyə calışdıq. İranın gizli məqsədlərinivə aşkar münasibətini ictimaiyyətimizə catdırdıq deyə bilərik. İndi isə songünlər daha aydın görünən İrana məxsus , amma müsəlmancılığa əks olan həyasızlaşmışaddımlarından da söhbət acacağıq.

Məsələ belə başladı... 

Ermənilər tərəfindən İranın Dağlıq Qarabağa neft vəneft məhsulları göndərdiyini əks etdirən video yayıldı. Qarabağda yaşayan ermənifəal bunu kəskin tənqid də etdi.Yaydığı videoda erməni bildirdi ki, hazırdaİrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

"Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pulqazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur…”

O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdənyayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onunkomandası əleyhinə ittihamlar səsləndirdi.

Həmin video bir cox gizlinləriortaya qoydu. Azərbaycan üçün diqqətçəkən məhz İran TIR-larının separatçılaraucuz yanacaq daşımasını əks etdirən faktlar və o TIRların rahat şəkildə Azərbaycanaməxsus ərazilərdə Beynəlxalq konvensiyaların qanunlarının pozulması halı idi. Yaxşı,bəs onda, bu


TIR kolonu Qarabağda- Xankəndində hardan peyda oldu?

Fakt Azərbaycan ictimaiyyətindəciddi etirazlara səbəb oldu. Sosial şəbəkələr, xüsusən, müstəqil mətbuat vəinternet TV-lər bu hadisə ilə bağlı dövlət və hökümət yetkililərindən hesabat tələbetdi.


Həmin an gözlər İranın Azərbaycandakısəfirliyinə tərəf yönəldi. Səfirlikdən bildirildi ki, yayılan görüntülər həqiqətiəks etdirmir: "Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinəçatdırırıq ki, bizim dövlət Azərbaycanın işğal olunmuş əraziləri ilə heç birquru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də birvideo və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar.Göründüyü kimi sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbərtamamilə saxtadır”.

Hətta səfirlik "yalan xəbər”yayan jurnalistləri də yüngülvari qınamağı da unutmadı.

Bu yerdə politoloq Elçin Mirzəbəylinin:"Azərbaycanda heç kim çörəyi qulağına yemədiyi üçün, eşitdiklərini və gördüklərinitəhlil edərək nəticə çıxarmağı bacarır " deyimi səfirliyə ən yaxşı cavab idi.Politoloq etirazlara dəstək olaraq bildirir:"Ermənilər öz yurdlarından didərgindüşən azərbaycanlıların evlərini yağmalayıb, pəncərə-qapısını, daşını İranasatanda yük maşınları hansı ərazidən keçirdilər? Əlbəttə, Zəngilan və Cəbrayıl ərazisindən.İran maşınları isə Meğri dəhlizi, Qafan və Gorusdan keçərək, daha rahat şəkildəQarabağa, Xankəndinə yük daşıyırdılar, elə indi də daşıyırlar. O dəhlizdən ki,Ermənistan prezidentləri Ter-Petrosyan və Robert Köçəryan onu müharibə illərində ölkələri üçün "həyat yolu”adlandırırdılar. Bütün bunları da qoyaq bir kənara: Şuşa şəhərindəki Gövhər Ağaməscidinin İran vətəndaşlarının iştirakı ilə bərpa olunduğu və tarixininsaxtalaşdırıldığı kimsəyə sirr deyil. O cümlədən məscidin bərpasında iştirak edənİran vətəndaşlarının da... Əgər həmin şəxslər Azərbaycanın qanuni ərazilərinəqanunsuz yolla getmişdilərsə və orada qanunsuz əməllərlə məşğul olmuşdularsa, ozaman İran rejimi nə üçün həmin şəxsləri cəzalandırmadı və bu barədə Azərbaycantərəfini, həmçinin öz ölkəsinin vətəndaşlarını məlumatlandırmadı. Bəs bundan öncə, 1996-99-cu illərdə tarixi Azərbaycan torpağı olan İrəvandayerləşən və 1764-1768-ci illərdə azərbaycanlıların inşa etdiyi Göy Məscid hansıdövlətin maliyyə dəstəyi ilə bərpa edilmişdi? Əlbəttə ki, İranın”


İrandan "açıqlama həmləsi”


Bu tipli reaksiyalarla üzləşən və yalanın yeriməyəcəyinidüşünən İran daha açıq hucuma keçdi və mediada səsləndirilən iddialara qisməncavab verməyə "nail oldu”

-İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədəiddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir vəhazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir.

Səfirliyin Mətbuat katibliyinin açıqlamasına görə, həmin3 körpü isə gizli tikilməyib və İran tərəfi onları "DQR”-na yox, AzərbaycanRespublikası ərazisinə çəkib.

Nəticə: Biz Qarabağa çəkdiyimiz körpüləri AzərbaycanRespublikasının icazəsi ilə tikmişik...

Azərbaycan ictimaiyyətinə yeni "ip ucu”...

"Jurnalist araşdırması nəticəsindəbəlli olub ki, həqiqətən də Xudafərin SES-in inşası ilə əlaqədar İran İslamRespublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cıildə bağlanan sazişdə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və suelektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Sazişdəhəmçinin bir-birini tamamlayan iki körpününün tikilməsi ilə əlaqədar maddə dəvar. Bu barədə AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında da xəbərverilir. Xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinfevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlətbaşçısının verdiyi tapşırığa müvafiq olaraq, "Azərbaycan Respublikası Hökumətiilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və"Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinindavam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsindəəməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İranhökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri MahmudVaezi imzalayıblar”. ( Ovqat.com)

Rəsmi açıqlama yoxsa, söz yığını?

Xarici İşlər nazirinin müaviniXələf Xələfov dövlət rəsmisi olaraq uzun-uzadı bir açıqlama verdi və xeylidanışdı, (məhz jurnalistlərin araşdırmalarından sonra) Amma o açıqlamanın yetərliolmadığı məlumdur. Hətta "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq ElxanŞahinoğlu açıqlamasında qeyd etdi ki, Xələf Xələfovun İranın işğal atındakı ərazilərəkörpü çəkməsiylə əlaqəli izahı məsələyə aydınlıq gətirmədi:” Tehran deyir ki,İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazəverib və bununla bağlı müvafiq saziş var. Sual olunur: Biz belə bir körpününtikintisinə niyə icazə vermişik? Bir tərəfdən həyəcan təbili çalırıq ki,İrandan erməni separatçılarına yük daşınır və yüklərin daşındığı körpünün şəkillərinipaylaşırıq, o biri tərəfdən də öyrənirik ki, həmin körpü sən demə Azərbaycanhökumətinin icazəsiylə tikilib. Xələf Xələfov da deyir ki, körpünün tikintisinə"Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrininhəyata keçirilməsi çərçivəsində baxılmalıdır. Bu stansiyaların tikintisininkörpüyə nə dəxli var? Həmin sazişə imza atanlardan biri keçmiş iqtisadi inkişafnaziri Şahin Mustafayevdir. O, bu körpünün tikintisinə izahat verməlidir” .

XİN rəsmisi yekun olaraq yenədə öz bildiyini dedi: "İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlıetimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki,bu körpülər məhz "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrikstansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.


Saziş imzalanıb !

Millət vəkili Fazil MustafaXİN rəsmisindən daha ürəkli tərpənərək İranın riyakarlıq etdiyini dolayısı ilətəsdiqlədi və qeyd etdi ki, İran özbaşına, Azərbaycanın razılığı olmadan Arazçayının işğal olunmuş ərazilərə aid hissəsində su bəndinin 2000-ci illərin əvvəllərindəntikintisinə başlayıb:

"Azərbaycan buna etiraz edərəkhüquqi cəhətdən bunun Azərbaycanla birlikdə edilməsinin vacibliyini tələbetdikdən və uzunmüddətli müzakirələrdən sonra Bakının tələbləri qəbul olunaraqsaziş imzalanıb. Burada cəmiyyətdə geniş müzakirə mövzusu olan yol və körpü məsələsiilə bağlı hər hansı bir razılaşma yoxdur. Orada çəkilən körpü yalnızhidroqovşaq və su elektrik stansiyalarına texniki xidmət üçün istismar olunabilər. Sazişdə hər hansı daşıma, gediş-gəliş üçün körpü və ya yol barədə müddəayoxdur.

Əsas məqam da buradadır ki, busazişə dəxli olmadan İran tərəfi beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın ərazibötüvlüyünə hörmətsizlik göstərərək yalnız bu ərazilərdən deyil, digər işğalolunmuş ərazilərdən də burada məskunlaşmış erməni terrorçularına dəstək verir.

Adıçəkilən Saziş əslində bizəimkan verir ki, İranın bu sənəddən kənara çıxan davranışları ilə bağlıiddialarımızı ortaya qoyaq”.

Bir nüansı da xatırladaq: 

- Prezident İlham Əliyevintapşırığıyla FHN İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım göndərib. Məlumatagörə, 25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki MüdafiəQoşunlarının Bakıdakı bazasından İrana yola düşüb. MİA-nın Fövqəladə HallarNazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, karvanında müxtəlifərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron,zeytun və digər zəruri ərzaq məhsulları), həmçinin un, 460 çadır və 1000 ədədyataq dəsti yola salınıb. (13 avqust 2012)

-Azərbaycan hökuməti İranİslam Respublikasına 950 min manatlıq humanitar yardım göndərib. Fövqəladəhallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadəjurnalistlərə bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlifparametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller","Komatsu" markalı iki ədəd ekskavator daxildir. Yardım karvanı 15avtomobildən ibarətdir. ( Aprel 2019)



-Azərbaycan koronaviruslamübarizədə İrana 5 milyon dollar yardım göstərdi. ( 7 mart 2020)

-Aprelin7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasınınbayrağı videoproyeksiya olunub. Bu barədə Heydər Əliyev Mərkəzindən məlumatverilib. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə vəonların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Bu da İranın "qanacağı"

Ermənistandayüzlərlə İran şirkəti fəaliyyət göstərir . Bankda olan qeydiyyatlara görə,bunlar "Mona Qrup" (Rəhmani, Rəşidi, Azərban Həddad),"Kankar"(Seyid Nur Eyni), "Şərifli" (Rza Şərifi),"Süleymani" (İzzət Süleymanpur), "Arya Filiz Nab" (Rəsul Ənzari),Araz Mühacir Ticarət" (Kazım Səfərzadə), "Aftab" (Əzimi Əhmədpur),"Arazfud" (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti" (Rza Nüsrəti),"Pəyan-e Saderat" (Davud Cokar), "Vasif" (Məhəmməd CəfərpurVasif), "Firuznejat" (Əhməd Firuznejat), "Nəcəfzadə" (Nəcəfzadə),"Kaimifa" (Əbülfəz Mətləbzadə), "Turac" (MəhəmmədhüseyinYusifzadə), "Armen" (Əli Qüdrəti), "Ava" (VahikOhancanyan), "Kraun" (Hamu Davudi), "Şölə" (SeyidəliHüseyni), "Suas" (Hüseyn Şadi), "AMO Kimya" (Nadir İrani, VəhidNəhavəndiyar), "Nahid" (Möhsüm Fərşbaf), "Səba Saha" (RzaNafəzi), "Petrocəm" (Cəlil Heydəri), "Derəxşan" (İsmayılİbrahimi), "Şahsuvari" (Rza Şahsuvari), "İzorof" (Təhmurazİmani), "Rizşin" (Əli Əzhəri), "Elivoud" (Hüseyn Şeybani),"Tirkaran" (Məhəmməd Ənsari), "Mələki" (Hüseyn Mələki),"Luba" (Əli Azad Əfruz), "Nardino" (Siyamək Boləndi),"Kultrom" (Səda Allahverdiyan), "Şadan" (Şəhruz Hüseyni),"Sunesar" (Nasir Ətayi), "Suzan" (Behruz Caznəgu),"Növcavan qardaşları" (Cavad Növcavan), "Tatyo" (ArlenDavudyan), "Şahinans" (Vahik Şahinans), "Roberto" (RubikMinasyan), "Arbi" (Varuj Ayvazyan), "Şahbaz" (MəhəmmədrzaBaqeri), "Kyudot" (Rəhim Ali), "Ambret" (Pərviz Nüsrəti),"Bir" (Hadi Purradi Gərgəri), "Kondal" (Əsğər Fədai),"Aypeks Nur" (Əfşin Nəsiri), "Miyad" (Yunes Rezayi Əqdəm),"Paknam" (İsa İmami), "Marlik" (Əli Nəsirli Livarcani),"Şahab Səhənd" (Cavad Rəhimi Namdar), "Ərcümənd" (Əlirza Ərcümənd),"Livarcan" (Möhsün Cənabiyye), "Silis Şen" (Seyid Əbülfəz Səlili),"Minamesa" (Məhəmməd Eslami), "Nadir" (Nadir KərimiyanSiyahrud), "Rand" (Rəhman Behruzi), "Trakliyan" (Həmid Xorrəmi),"Didar" (Əlirza Həlimi Təbrizi), "General Oil" (İbrahimDadaşi Fərxəndi), "Aştarak" (Məhəmməd Əli Əsğəri), "Necati"(Yusif Necati), "Alişan" (Serjik), "Hadi" (Rza Hadi),"Zakeri" (Mənuçehr Zakeri), "Apada" (Əlirza Firuzməndi),"Olaks" (Yusif Çaleş), "Alfapetrolium" (Harut Aslanyan),"Sanir" (Katuziyan), "Biga" (Jerj Qədimi), "ArmOil" (Hernik Darqukasyan), "Motoşop" (Rafiq Qarqusyan),"Raymond" (Raymond Tarverdiyan), "Harmik motor" (HarminManaseryan), "Şin Ezgim" (Əmir Əzhəri), "Əndişeyi İraniyan"(Əli Əlicanduxt), "Tun tun" (Serj Əmirxanyan), "Zöhrabyan"(Zöhrabyan qardaşları) və "Edko" (Armen Xodobəxşiyan) kimi şirkətlərdir.Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələriolur."

Ermənistanınbaş naziri Nikol Paşinyan İrana səfəri zamanı qaldırılan qondarma Qarabağbayrağına, stadionda "Traktorsazi"nin minlərlə azarkeşlərinin sərtetiraz etdiyini, oyunda Azərbaycan bayrağı və etiraz plakatı qaldıransoydaşlarımızın stadiondanhəbs edilməsini bilirsiniz. Həbs edilənlər arasında işgəncəyə məruz qalansoydaşlarımızdan biri də Ehsan adında gəncdir.


Əntiqə Rəşid